vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
13:48 | 20 oktyabr 2013 | Bazar Məqaləyə 1746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyaya ikinci nota göndərildi

Qətldə günahlandırılan Orxan Zeynalovla görüş tələb olunur

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Rusiyaya ikinci nota göndərib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı ikinci dəfə nota göndərib. Həmçinin azərbaycan hökuməti Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlayıb. Nota və məktubda Rusiya Xarici İşlər Nazirliyindən Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə şərait yaratmaq tələb olunur.
Xatırladaq ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov Yeqor Şerbakovun qətlində ittiham olunaraq saxlanılıb və bu zaman ona qarşı əməliyyatçıların qəddar davranışlarının videosu mətbuatda yayılıb. Bununla bağlı Azərbaycan tərəfi artıq oktyabrın 17-də birinci dəfə Rusiyaya nota göndərmişdi.