vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
PARTİYALAR  
12:28 | 7 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2418 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

FAAATİHƏ!!!

Müsavat tərk elədi, İsa Qəmbər təsdiqlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyası Milli Şuradan çıxıb. Bu barədə Müsavat Partiyasından məlumat verilib. Milli Şuradan çıxmaq barədə qərar partiyanın dünən keçirilmiş Divanında verilib. (APA)

Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.
Müsavat Partiyasının başqanı İsa Qəmbər faktı Musavat.com-a təsdiqləyib.
Bundan əvvəl Milli Şuranı tərk edənlərin ardınca qurumun sırasını müsavatçıların tərk etməsi ondan xəbər verir ki, artıq 2013-cü ilin mayında yaradılmış MŞ-nin «fatihəsi oxunub».