vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
19:01 | 19 avqust 2018 | Bazar Məqaləyə 10339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elçibəyin oğlu əsəbləşdi

“Atamın adından saxta profil açıb....”

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Mütəmadi olaraq, sosial şəbəkələrdə bir çox tanınmış adamların adından saxta profillərin açıldığının şahidi oluruq. Bəzi hallarda isə başqasının adından açılan profillər düzgün fəaliyyət mexanizmi müəyyənləşdirmir.

Bu günlərdə mərhum eks-prezident Əbülfəz Elçibəyin adından fəaliyyət göstərən profil ortaya çıxıb. Profillə tanış olanların sözlərinə görə, kimdirsə, yaratdığı profili mərhum prezidentin adından yanlış idarə edir.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevlə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bunları deyib.

“Atamın adına sosial şəbəkələrdə çoxlu səhifələr yaradılıb. Amma dediyiniz profildən xəbərim yoxdur. Təbii, övladı olaraq bu cür saxta və yanlış idarə edilmənin əleyhinəyəm. Çox xahiş edirəm, atamın adından profil açıb yanlış işlər görməsinlər. Bir övlad olaraq bu cür hallar cavabsız qalmayacaq. Ona görə də tanınmış adamların adından istər səhifə, istərsə də profil yaradarkən diqqətli olsunlar. Onların adından öz maraqları naminə nələrəsə yol verməsinlər”.