vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PARTİYALAR  
16:23 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 3847 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Maraq o qədər də yüksək olmur»

Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Adətən ölkədə seçkilər yaxınlaşdıqca, partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənir. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Maraqlıdır, bu ərəfədə əsas siyasi partiyalar blok yaratmağı düşünürlərmi? Modern.az saytı bu suallarla partiyalara müraciət edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: «Seçki bloku məsələsi seçki situasiyasından asılı olacaq. Demokratiyanın ən ciddi problemlərindən biri seçkidir. Real seçki olmayacaqsa, ümumiyyətlə seçkilərdə iştirak etmək məsələsinə də  baxacağıq».

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov: «Açığı, bununla bağlı məsələlər partiyanın hər hansı qurumunda müzakirə edilməyib. Prezident seçkilərinə də hələ xeyli müddət var. Bu səbəbdən əvvəlcədən nəsə deməyə çətinlik çəkirəm. Amma seçkidən qabaq seçki mühitinin normallaşdırılması istiqamətində  fəaliyyət göstərməyi daha uyğun hesab edərdim. Çünki ölkədə seçki mühiti olmasa, seçki qanunvericiliyi təkmilləşdirilməsə, seçkilərdə həm xalqın, həm də digər siyasi qüvvələrin iştirak marağı o qədər də yüksək olmur».

Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı: «Seçki bloku ilə bağlı nələrsə düşünmək üçün hələ tezdir. Müsavat Partiyasının son qurultayında prezident seçkiləri üçün namizəd irəli sürüldü və artıq bildiyiniz kimi namizədimiz də var. Seçki bloku isə adətən seçkilərə çox az qalmış müddətdə  müəyyənləşir. Hələ ki indi kimlərin namizəd irəli sürəcəyi kimi məsələlər müzakirə mövzusudur. Dəqiqləşmə olmadığı üçün seçki bloku haqqında düşünmürük».

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev: «Hazırda Milli Şurada 2018-ci il prezident seçkilərində iştirak formaları müzakirə olunmur. Bizim üçün əsas məsələ ölkədə demokratik seçki mühitinin yaradılmasıdır.

Görülən işlər də bu istiqamətdə gedir. Keçirilən aksiyalar və digər fəaliyyətlər  ölkədə demokratik seçki mühitinin yaradılmasına yönəlib. Hesab edirik ki, hazırkı ictimai-siyasi vəziyyət, Seçki Məcəlləsi, seçki komissiyaları ilə Azərbaycanda demokratik seçki keçirmək mümkün deyil. Bu baxımdan ölkədə normal seçki mühitinin yaradılmasını əsas şərt kimi qəbul edirik».

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu: «2018-ci ildə sözün əsl mənasında  önəmli hadisələr olacaq. Bu, həm prezident seçkiləridir, həm də Məhəmməd Əmin Rəsulzadənin qurduğu Cümhuriyyətin 100 illiyidir.

Əlbəttə, həmin hadisələrlə bağlı bizim də tədbirlərimiz var və bunları keçirmək iqtidarındayıq. Hər halda prezident  seçkiləri ilə bağlı qərarlar partiya daxilindəki ictimai-siyasi müzakirələrdən sonra açıqlana bilər. Bütün bu məsələlər diqqətimizdədir».