vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 dekabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ÜZBƏÜZ  
13:52 | 25 aprel 2020 | Şənbə Məqaləyə 4175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sülhəddin Əkbər Ədalət Vəliyevlə nə danışıb?

“Açıq şəkildə dedim ki, Azərbaycanda siyasi məhbus probleminə son qoyulmalıdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Bu barədə “Press Klub”a danışan S.Əkbər bildirdi ki, görüş ikilikdə keçib. Həm də gözlədiyindən daha uzun çəkib.

Partiya sədrinin sözlərinə görə, görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, dövlət müstəqilliyinin bərpasında iştirakı olan şəxslərə münasibətdən tutmuş, demokratiya, insan haqları, siyasi məhbus probleminə qədər müxtəlif mövzuları müzakirə ediblər:

“İlk görüş idi və daha çox tanışlıq məqsədi daşıyırdı. Həm Ədalət Vəliyev, həm də mən müzakirə olunan məsələlərlə bağlı fikirlərimizi açıq şəkildə bildirdik. Qarşı tərəf siyasi rəhbərliyin təşəbbüsüylə başladılan yeni siyasət haqqında ətraflı məlumat verdi. Mən də soruşdum ki, bu, kampaniya xarakteri daşıyır, yoxsa ortada siyasi iradə var, bu proses davamlı siyasətə çevriləcək? Birmənalı şəkildə bildirdi ki, bu, davamlı və dayanıqlı siyasət olacaq. Açığı, qiymət verməyi erkən hesab edirəm. Ehtiyatlı optimizmlə yanaşıb, inanmaq istəyirəm ki, həqiqətən davamlı və dayanıqlı siyasət olacaq. Çünki dünyada və regionda yaranmış vəziyyət, Azərbaycanın milli maraqları bunu tələb edir.”

S.Əkbər qeyd etdi ki, görüşdə siyasi məhbus problem üzərində ayrıca dayanıb, bu haqda detallı danışıb, təkliflərini səsləndirib: “Təkliflərin detallarına getmək istəmirəm. Çünki detalların açıqlanmasının işin xeyrinə olacağını düşünmürəm. Siyasi məhbus problemi üzərində xüsusi dayandığım məsələdir. Prezident Administrasiyasının şöbə müdirinə də açıq şəkildə dedim ki, artıq Azərbaycanda bu problemə son qoyulmalıdır. Əgər iqtidar-müxalifət, iqtidar-cəmiyyət münasibətlərində həqiqətən qarşılıqlı inam yaradılması istənilirsə, bu məsələ köklü şəkildə həll olunmalıdır. Bunun vaxtı çoxdan çatıb”.

Qeyd edək ki, S.Əkbərin rəhbərlik etdiyi partiya 2014-cü ildə yaradılsa da, 10 gün öncə dövlət qeydiyyatından keçib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *