
«Ankaranın iddiası Qərbi narahat edir»
Sülhəddin Əkbər: «Türkiyə geopolitik oyunqurucu olmasa da, oyunpozucu statusuna sahib olmaq istəyir»
Sülhəddin Əkbər: «Türkiyə geopolitik oyunqurucu olmasa da, oyunpozucu statusuna sahib olmaq istəyir»
ADP təsis qurultayını keçirdi
ADP sabah təsis olunacaq
«Bu haqda danışmaq istəmirəm»
EL Hərəkatı ilə Azad Demokratların da MŞ-dan gedəcəyi gözlənilir...
«Sədr Aparatına ehtiyac yoxdur»
«Milli Şurada intriqalara enerji sərf etmək bizlik deyil»
«Təşkilat Komitəsi yaradılıb, qurultay keçirməliyik»
«Təşkilat Komitəsi yaradılıb, qurultay keçirməliyik»
«Təşkilat Komitəsi yaradılıb, qurultay keçirməliyik»
«Azad Demokratlar Partiyasının qurultayına hazırlıq işləri davam edir. Biz əvvəlcədən də bildirdiyimiz kimi iyulun altısında qurultayımızı keçirəcəyik». Bunu Modern.az saytına açıqlamasında Azad Demokratlar Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri Sülhəddin Əkbər deyib. O, partiyanın qurultayı ilə bağlı hazırlıq işləri barədə danışarkən bildirib ki, ciddi şəkildə proseslərə start veriblər.
Onun sözlərinə görə qurultay saat 11-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçiriləcək. «Qurultay media üçün açıq olacaq. Qurultayda partiyanın yaradılması haqqında qərar və nizamnamə qəbul olunacaq. Bununla yanaşı, insan hüquqları ilə bağlı bəyanatımız ictimaiyyətə çatdırılacaq».
S. Əkbər onu da söyləyib ki, partiyanın xüsusi ideoloji xətti olacaq. «Bir çox partiyalardan fərqli olaraq siyasi-ideoloji partiya olacağıq. Azad Demokratlar Partiyası liberalizmi və nümayəndəli demokratiyanı qəbul edir. Liberal-demokratiyanı qəbul edən sağ-mərkəzçi partiya təsis edirik».