vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
12:38 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1966 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nepal Everesti ölçmək istəyir

Zəlzələ Hillari qayasını dağıdıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Nepal iki il ərzində Everest zirvəsinin hündürlüyünü ölçmək niyyətindədir, çünki 2015-ci ilin aprel ayında baş vermiş dağıdıcı zəlzələdən sonra dağ zirvəsinin hündürlüyü dəyişmiş ola bilər.

Ölkənin Müşahidə Xidmətinin qeyd etdiyinə görə, zirvənin 8848 metrlik hündürlüyü əvvəlki ölçmələrə əsaslanır, dağın coğrafi mövqeyi isə zəlzələ nəticəsində dəyişə bilərdi, «Kathmandu Post» nəşri qeyd edib.

İki il çəkəcək missiya iqlim dəyişikliyinin dağa göstərdiyi təsiri də öyrənməyə çalışacaq. Missiyaya ayrılan büdcə 1.35 milyon dollar təşkil edir.

Ölçmələr dağın ətrafındakı üç nöqtədən aparılacaq.

Lakin son yoxlamalar üçün ölçü avadanlığını dağın zirvəsinə də qaldırmaq lazım gələcək.

Nepal ilə yanaşı Hindistan da Everesti ölcmək niyyətindədir.

Belə bir niyyətdə olduğunu Hindistanın Müşahidələr Xidməti ötən həftə açıqlayıb, Deccan Herald nəşri bildirib.

İndi hər iki ölkə bu istiqamətdə səylərini birləşdirə bilər.

Everestlə bağlı, mütəxəssislər arasında müzakirə olunan digər bir məsələ Hillari qayasının aqibətidir.

Həmin qaya Everest zirvəsinə aparan yolda sonuncu sınaq mərhələsi sayılır.

Ötən ay bir britaniyalı alpinist Nepal zəlzələsi nəticəsində həmin qayanın dağıldığını bildirib.

Lakin Nepalın Himalay dağı ərazisində yaşayan Şerpa xalqının iki nümayəndəsi dərhal britaniyalı alpinistin iddiasını təkzib edərək, qayanın qarla örtüldüyünü bəyan ediblər.