vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
20:39 | 28 may 2019 | Çərşənbə axşamı Məqaləyə 718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qadın meyitinin üstündən adladım”

Everestə dırmananlar zirvədə tıxac yaratdı, onlarla alpinist öldü

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın ikinci ongünlüyündən başlayaraq dünyanın ən hündür zirvəsinə-Himalay dağları silsiləsində yerləşən Everestə qalxmaq istəyən yüzlərlə alpinist tıxac yaradıb. Nəticədə onlarla alpinist ölüb.

Təkcə mayın 22-də 10 alpinist ya zirvədən enərkən, ya zirvəyə bir neçə yüz metr qalmış tıxacda ölüb. Sonrakı günlərdə ölənlərin sayı artıb və məlumatlara görə həyatını itirənlərin sayı 20-dən çoxdur.

“The New York Times” ötən həftə Everestə qalxan amerikalı Ed Dorinqlə söhbətləşib. O, gördüklərindən şoka düşdüyünü deyir. Ed bildirir ki, alpinistlər zirvədə selfi çəkmək üçün bir-birlərini itələyirdilər. Zirvədəki cəmi iki stol ölçüsündə olan sahəyə 20-dən çox alpinist toplaşıbmış. Dorinq dağın ən yüksək nöqtəsinə dırmaşa bilmək üçün bir neçə saat növbədə gözləməli olub.

“Mən təzəcə ölmüş bir qadının meyitinin üstündən adlamalı oldum. Bu qorxunc idi. Baş verənlər zooparkı xatırladırdı”, - amerikalı alpinist bildirib.

Everestə turlar təşkil edən şirkətlərin sayı durmadan artır. Bir sıra hökumətlər fərqinə varmadan bu cür fəaliyyətə icazə verir, çünki onlar alpinistlərdən gələn hər dollarda maraqlıdırlar.

Təcrübəli alpinistlər deyirlər ki, bir sıra turistlər hətta dağa qalxmaq üçün avadanlıqdan necə istifadə etməyi bilmirdilər. Nepalda Everestə qalxmaq üçün ciddi qaydalar yoxdur. Alpinistlər hesab edir ki, bu da hər il faciələrə səbəb olur.

Zirvəni fəth etmək istəyənlər bu il güclü küləyə görə daha da sərtləşən hava da qorxutmur. Hava şəraiti pis olduğundan dağa qalxmağın sürəti də aşağı düşüb. Ona görə də alpinistlər günlərlə vaxt sərf edirlər. Bundan əlavə onlar iliyə işləyən şaxtalı küləkdə 20 dəqiqədən başlamış bir neçə saata qədər dar cığırda növbə gözləməli olurlar. Nəticədə onlar dağın zirvəsinə qalxanda heydən düşür, geri qayıdanda bir çoxlarının səhhəti pisləşir və yolda ölürlər.

 “Der Spiegel” bildirir ki, bu il Everestə qalxmaq üçün “hava pəncərəsi” çox gec açılıb. Buludsuz günlər həddən artıq az olduğundan alpinistlər zirvəyə nisbətən əlverişli hava şəraitində dırmanmaq üçün “ölüm zonasında” əsl tıxac yaradıblar. Belə ki, dağın zirvəsinə bir neçə yüz metr qalmış hava olduqca seyrəkdir və həmin zonada çox qalmaq təhlükəlidir. Tıxac yarandığından bir çoxları həmin zonada ölüb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *