“Everest” dağında 10 ildən sonra bir ilk
Dünyanın ən hündür nöqtəsinə qalxmaq üçün öncə kiçik zirvələrdə məşq etmək şərti qoyulur
            					
            	
                10:40 | 27 may 2025 | Çərşənbə axşamı
                Məqaləyə 107 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Dünyanın ən hündür nöqtəsinə qalxmaq üçün öncə kiçik zirvələrdə məşq etmək şərti qoyulur
                                Himalay buzlaqlarının əriməsi nəticəsində 115 əsr əvvələ aid mikroorqanizmlər çıxıb
                                Everestə dırmananlar zirvədə tıxac yaratdı, onlarla alpinist öldü
                                Alimlərdən xəbərdarlıq
                                Zəlzələ Hillari qayasını dağıdıb
                                Güneylilər mayın 19-nu həmyerlilərinin şərəfinə «Milli Alpinizm Günü» kimi qeyd olunması üçün imza topladılar
                                Milli-mədəni fəallar türkcə yazılmış plakatlar qaldırdı, türk dilində mərasim keçirdi
                                Dünyada 16 alpinistdən biri olan Əzim Qeyçisazın qarşılanmasına heç bir rəsmi qatılmayıb
                                Tarix boyu bu zirvəsini fəth etməyə dörd mindən artıq insan çalışıb
                                Əzim Qeyçisaz Himalayın ən hündür zirvələrindən birinə oksigen balonu olmadan qalxıb
                                Əzim Qeyçisaz Himalayın ən hündür zirvələrindən birinə oksigen balonu olmadan qalxıb
“Everest adamı” kimi tanınan 55 yaşlı nepallı Kami Rita Şerpa Himalay dağlarında dünyanın ən hündür dağı olan Everestə 31-ci dəfə qalxaraq öz rekordunu yeniləyib. Nepalın dağlıq ərazilərində, xüsusən Himalay dağlarında yaşayan şerpa qəbiləsinin nümayəndəsi olan Rita Everesti ilk dəfə 30 ildən çox əvvəl fəth edib.
Zirvəni təşkil edən şirkət “Seven Summits Trekking” mövzu ilə bağlı verdiyi açıqlamada Kami Ritanın yalnız milli dırmaşma qəhrəmanı deyil, həm də Everestin özünün qlobal simvolu olduğunu bildirib.
***
Kami Rita ilk dəfə Everesti 1994-cü ildə fəth edib. Bu, kommersiya zirvəsi idi və Rita sonrakı illərdə demək olar ki, hər il Everestə qalxmaq istəyən müştərilər üçün bələdçi olaraq zirvəyə qalxır.
Keçən il 8849 metr hündürlüyü olan zirvəyə qalxdıqdan sonra Rita, “heç bir rekord qırmaq planları yoxdur, sadəcə işləyirəm”, – demişdi.
Şerpa 2024-cü ilin mayında AFP-yə, “Rekord üçün xoşbəxtəm, amma nəticədə rekordlar qırılır. Mən daha da xoşbəxtəm ki, zirvəyə qalxmaqlarım Nepalı dünyada tanıdıb”, – demişdi.
Qalxmanı təşkil edən şirkət verdiyi açıqlamada rekordun çərşənbə axşamı qırıldığını və Ritanın orada Hindistan ordusundan ibarət komandaya rəhbərlik etdiyini bildirib. Açıqlamada deyilir ki, Rita təkcə özü dırmaşmayıb, həm də digər üzvləri zirvəyə çatdırmaq üçün rəhbərlik və bələdçilik edib.