Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
15:29 | 27 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 506 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Türkiyənin Zəngəzur dəhlizi ilə türk dünyasına birbaşa bağlanacağı Hindistanı təşvişə salıb. Hindistan mediası Türkiyənin bölgədəki təsirinin bu dəhlizlə qat-qat artacağını və Yeni Dehli hökumətinin buna qəti şəkildə qarşı olduğunu vurğulanıb. Digər tərəfdən, sözügedən xəbərdə Hindistan, İran və Ermənistanın Çabahar Limanı və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) vasitəsilə Avropaya çatan yeni bir ticarət yolu yaratmaq üçün çalışdıqları və Zəngəzur dəhlizinin planları pozacağı diqqəti çəkib.
Hindistan İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda tarazlığın dəyişməsini orta və uzunmüddətli perspektivdə özünün geosiyasi və geoiqtisadi maraqlarına təhlükə kimi qiymətləndirib.
Buna uyğun olaraq Cənubi Asiya ölkəsi bir sıra siyasi, diplomatik və hərbi reflekslər inkişaf etdirib.
Nəhayət, Hindistan mətbuatı Zəngəzur dəhlizi ilə bölgəni qiymətləndirən təhlil dərc edib.
Hindistan və Ermənistanın 2020-ci ildən müdafiə tərəfdaşlığı qurduğu bildirilərkən, Azərbaycanın iki ölkə arasında silah təchizatından narahat olduğu vurğulanıb.
Bildirilib ki, Hindistan Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında yerüstü əlaqəni təmin edəcək Zəngəzur dəhlizinə qəti şəkildə qarşıdır.
***
Təhlildə Hindistan, İran və Ermənistanın Çabahar limanı və INSTC vasitəsilə Avropaya çatan yeni ticarət yolunun yaradılması üzərində çalışdığı və Zəngəzur dəhlizinin planları pozacağı bildirilib.
Hindistan mediası Zəngəzur dəhlizi ilə Türkiyənin bölgədəki təsirinin eksponent olaraq artacağından narahatlığını ifadə edib.
Bildirilib ki, Zəngəzur Türkiyəyə Azərbaycan, İran, daha sonra isə Xəzər dənizi və Orta Asiya ölkələrinə birbaşa quru çıxışını təmin edəcək.
Qeyd olunub ki, Türkiyə və Azərbaycan Cənubi Asiyada öz təsirlərini iddialı şəkildə genişləndirir.