vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:23 | 28 iyul 2017 | Cümə Məqaləyə 250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrailli nazirin Ermənistana müəmmalı səfəri

Yəhudi rəsminin İrəvan görüşlərində silah ticarəti ehtimalı və İranın bu izdivaca susqun reaskiyası ilə bağlı politolqdan maraqlı açıqlma...

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbi Ermənistana 3 günlük səfərə gəlib. Səfər Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın dəvəti əsasında baş tutub. Ermənistan mətbuatının verdiyi xəbərə görə, Haneqbi son 10 ildə İrəvanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir.

Haneqbi özü 2003-2006-cı illərdə Ariel Şaron kabinetində xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən nazir olub. Bundan başqa, 2006-2010-cu illərdə o, İsrail parlamenti Knessetin təhlükəsizlik və beynəxalq münasibətlər komissiyasının sədri olub.

Haneqbi Nalbəndyandan sonra Ermənistanın informasiya texnologiyaları naziri Vahan Martirosyanla da görüşüb və onunla kiber təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Lakin erməni jurnalistlərini işin rəsmi tərəfindən daha çox siyasi yönləri maraqlandırıb.

«Azadlıq» radiosunun Ermənistan bürosunun («Radio Azatutyun») müxbiri İsrail nazirinə son səfərinin iki ölkə arasında hərbi əməkdaşlıq məsələsi ilə bağlı olub-olmadığı barədə sual verib. Tsaxi Haneqbi cavabında ölkəsinin regional əməkdaşlıq naziri olduğunu və fəaliyyətini hərbi və təhlükəsizlik sahələri əhatə etmədiyini söyləyib. O səfərinin əsas məqsədinin kənd təsərrüfatı, su ehtiyatları problemi, nəqliyyat və kommunikasiyalar kimi sahələrlə əlaqədar olduğunu bildirib.

Nazir İsrailin Azərbaycanla hərbi əməkdaşlıqla bağlı verilən suallardan ustalıqla yayınıb: «Məni bu cür həssas məsələlərdən kənarda tutun. Buraya sadəcə İsrail və Ermənistan arasında münasibətlərin pozitiv aspektlərini müzakirə etməyə gəlmişəm».

Lakin Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan tamam başqa sözlər işlədib: «İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən sayılır. Lakin bu dövlət Ermənistana da silah satmağa hazırdır. Əgər bu, baş tutarsa onların verdiyi qiymət təklifi və digər faktorlardan asılı olacaq».

«İsrailin mövqeyi olduqca sadə və ümumi şəkildə ifadə olunb. Onlar hamıya, o cümlədən bizə də silah satmağa hazırdırlar. Hərbi əməkdaşlıq sahəsində biz KTMT formatında hərəkət etsək də, bizim NATO ilə həyata keçirdiyimiz bir sıra proqramlar var», - erməni nazir deyib.

Şavarş Köçəryan İsrail –Ermənistan münasibətlərində problemlərin qaldığını da etriaf edib. O, bir-birindən aralı düşən iki dövlətin yaxınlaşması və dialoq aparılması üçün addımlar atıldığını qeyd edib.

Sonda onu da qeyd edək ki, erməni lobbisinin zəif də olsa İsrail parlamentində dəstəyi mövcuddur. İsrailin solçu «Merets» partiyasının lideri Zahava Galyon Ermənistanın aktiv müdafiəçisidir. Bu qadın dəfələrlə İsrailin Azərbaycan silah satmasına qarşı çıxıb və qondarma erməni soyqırımının parlamentdə tanınması üçün məsələ qaldırıb.


***


Elxan Şahinoğluİsrail naziri Tsaxi Haneqbinin İrəvana rəsmi səfəri barədə «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu maraqlı açıqlama gəldi: «10 ildə ilk dəfə israilli nazirin Ermənistana, özü də 3 günlük səfərə getməsi müəyyən suallar doğurur. Əlbəttə, İsrail müstəqil dövlət kimi istənilən dövlətlə münasibət qurmaqda sərbəstdir. Ancaq niyə işğalçı Ermənistan və niyə indi? Hələ üstəlik Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan sanki Azərbaycana mesaj yollayırmış kimi «İsrail bütün dünyaya olduğu kimi Ermənistana da silah sata bilər» açıqlamasını səsləndirib».

Silah ticarətində ən vacib məsələnin pul doluğunu deyən politoloq puldan ötrü Kremlin qapısında dilənən erməni rəsmilərinin buna imkanı çatacağı şübhə altındadır: «Birincisi, İsraildən silah almaq üçün pul lazımdır, İrəvanın pulu olsaydı silah almaq üçün ağası Rusiyaya dilənməzdi. İrəvan Rusiya puluna elə Rusiyadan silah alıb. Çünki bu Rusiyanın Ermənistana kredit verməsinin əsas şərti olub. Moskva Rusiyanın krediti hesabına İrəvana İsraildən silah almağa imkan verməz. Odur ki, Ermənistan istəsə belə İsraildən bahalı silahlar ala bilməyəcək, ancaq nəsə də ala bilər».

Politoloq daha bir incə məsələyə toxunub. Belə ki, uzun illərdir Azərbaycanı İsraillə münasibətlərinə görə qınayan və Ermənistana yardımı bu əlaqələrə görə əsaslandıran rəsmi Tehran, nədənsə yəhudi nazirin İrəvana səfərini görməzdən gəlir: «İranın da mövqeyi maraqlıdır. Ayrı vaxt Bakıya hər gələn israilli nazirə görə bizi topa tuturlar, bəs İsrailin regional əməkdaşlıq naziri, özü də keçmiş kabinetlərdə xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən naziri Tsaxi Haneqbinin Ermənistana 3 günlük səfərinə niyə reaksiya bildirmirlər? Bizə qaldıqda isə mənə elə gəlir ki, diplomatik kanallarla Tel-Əvivdən İsrail-Ermənistan hərbi əməkdaşlığında nə dərəcədə maraqlı olduğunu öyrənməyə ehtiyac var».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *