vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
15:21 | 11 avqust 2017 | Cümə Məqaləyə 1556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya məhkəməsi «Wallenberg işi»nə baxacaq

İnfarkt versiyası şübhəlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 17-də Moskva məhkəməsi Raul Uellenberqin (Raoul Wallenberg) qohumlarının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) qarşı iddiasına baxacaq. Ailənin vəkilinin deməsinə görə, qohumları keçmiş İsveç diplomatının və müharibə qəhrəmanının taleyini müəyyənləşdirəcək qeyri-məxfi sənədləri istəyir.

«Qorxurduq ki, məhkəmə iddianı qəbul etməz. Son on illər ərzində Rusiya dövlət qurumları bu iş üzr informasiya verməməkdən ötrü müxtəlif bəhanələr uydurublar», - Uellenberqin qardaşı qızı Mariya Dupuyun (Marie Dupuy) vəkili İvan Pavlov avqustun 10-da deyib.

R.Uellenberq İkinci Dünya müharibəsi zamanı minlərlə macarıstanlı yəhudini qətldən xilas edib. Onu sovet əsgərləri 1945-ci ildə ələ keçirib və daha sonra həbsxanada ölüb.

Rusiya ancaq onu bildirib ki, Uellenberq 1947-ci ildə Lubyanka həbsxanasında vəfat edib. Həmin həbsxana FSB-nin sələfi sayılan KQB-nin nəzarətində idi. Ölümün ayrıntıları bəlli deyil.

Sovet İttifaqı, daha sonra isə Rusiya 35 yaşlı isveçlinin infarktdan öldüyünü bildirib. Uellenberqin ailəsi, İsveç rəsmiləri və digərləri bu versiyanı şübhə altına alıblar.

M.Dupuy iyulun 26-da Rusiyanın «Team 29» hüquq assosiasiyasından iddianı qaldırmağı xahiş edib, çünki «özümün, tarixçilərin, İsveç rəsmilərinin uzun illər Rusiya hakimiyyətinə saysız açıq və məxfi xahişləri nəticəsiz qalıb».

Onun iddiasına görə, Rusiya arxivlərində Uellenberqin taleyinə birbaşa aidiyyəti olan sənədlər var, ancaq ailəsinə və müstəqil ekspertlərə həmin sənədləri tədqiq etməyə imkan verilmir.

«Gələn cümə axşamı – avqustun 17-də indiyədək məsələyə şərh verməmiş FSB-nin mövqeyini aydınlaşdıracağıq və məhkəmədə nəylə üzləşəcəyimizi biləcəyik», - İ.Pavlov deyib.