vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
18:02 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 675 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın ev tapşırığı

Putin imtahandan kəsilib payıza qalan Ermənistan prezidentinə hansı cəzanı verəcək?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Qara dəniz sahilindəki Soçi şəhəri Rusiya prezidenti Vladimir Putin üçün Kremldən sonra ikinci iqamətgaha çevrilib. Putin yay aylarını Soçidəki iqamətgahında keçirir. Görünür, bu yolla Putin həm dincəlir, həm də işlərinə ara vermir. Putin Soçidə müxtəlif ölkələrin prezidentlərini və baş nazirlərini də qəbul edərək onlarla fikir mübadiləsi aparır.

Putin avqustun 3-də Soçidə iki qonağını qəbul etdi. Onlardan biri Ermənistanın prezidenti Serj Sərkisyan, digəri isə İsrailin baş naziri Benyamin Netanyahu oldu. Hər ikisi Putin üçün vacib həmsöhbət idi. Soçidə Netanyahu ilə Yaxın Şərqdəki son durum, İsrail hökumətinin Suriyada baş verənlərə münasibəti müzakirə edildisə, Sərkisyanla iqtisadi və hərbi əlaqələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu müzakirə edildi.

Putinin Sərkisyanla görüşməsində qeyri-adi heç nə yoxdur. Rusiya və Ermənistan strateji müttəfiqdirlər və deməli bu iki ölkənin liderləri tez-tez görüşməlidirlər. Sadəcə, bu görüşlərdə Rusiya böyük qardaş, Ermənistan isə kiçik qardaş rolunda çıxış edir. Sərkisyan Putinin nəsihətlərini dinləməli və onları yerinə yetirmək məcburiyyətindədir. Əks halda böyük qardaş kiçik qardaşı cəzalandıracaq, necə ki, 1999-cu ildə Ermənistan parlamenti silahlıların hücumuna məruz qaldı, parlamentin sədri və baş nazir qətlə yetirildilər. Bunun bir daha təkrarlana biləcəyini anlayan Serj Sərkisyan Putini qıcıqlandıracaq addım atmaz. Ermənistanın müasir tarixində prezidentlərdən Levon Ter-Petrosyan bir dəfə Qarabağla bağlı müstəqil qərar vermək istəyirdi, bir neçə gün keçməmiş saray çevrilişi ilə onu devirdilər. Devirənlər birbaşa Rusiyanın adamları idi, içərisində hazırki prezident, o zamankı daxili işlər naziri Serj Sərkisyan da var idi. Kreml Levon Ter-Petrosyanı o zaman öz adamları vasitəsilə ona görə devirdi ki, Ermənistan prezidenti Rusiyanın rəyini nəzərə almadan Qarabağlı bağlı müstəqil qərar verməyə yaxın idi. Eyni ilə Sərkisyan da Qarabağla bağlı və ya NATO, Avropa Birliyi ilə əlaqələr mövzusunda Moskvanın rəyini nəzərə almadan müstəqil qərar verə bilməz.

Doğrudur, son zamanlar belə fikirlər yayılır ki, guya Putin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Ancaq bu tip fikirlər illərdir səslənir və nə Putin Sərkisyanı təsir edir, nə də münaqişənin həllində vəziyyət dəyişir. Tam əksinə Rusiya Xarici İşlər Nazirliyi son açıqlamalarıyla Azərbaycanı hədəf alıb. Rusiya XİN Kremldən gələn təlimatın əksinə heç zaman Azərbaycan əleyhinə siyasət apara bilməzdi. Xarici işlər naziri Sergey Lavrov nə qədər Ermənistana yaxın mövqe nümayiş etdirsə də, Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Rusiyadan olan gözləntilər şişirdilib. Bunun əvəzinə bəzən Azərbaycan ictimaiyyətinə yanlış mesajlar ötürülür, «Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək», «Kreml İrəvanı Qərb və NATO ilə əməkdaşlığına görə cəzalandıracaq» və s. Hər dəfə bu cür açıqlamalar səsləndirlir, ardı isə gəlmir. Putin bir müddət əvvəl də azərbaycanlı həmkarını İlham Əliyevi də Soçidə qəbul etmişdi. Həmin görüşdən əvvəl də müəyyən optimist fikirlər irəli sürülürdü. Masa üzərində Qarabağla bağlı dəyişən bir şey yoxdur. Azərbaycan əvvəlki kimi öz gücünə arxalanmalıdır. Rəsmi Bakının da Putin-Sərkisyan görüşündən elə bir gözləntisi yox idi. Putinin erməni həmkarını cəzalandırmayacağını Bakı da bilir, sadəcə Azərbaycanın bəzi rəsmiləri hələ də düşünürlər ki, Rusiya Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)