vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
14:26 | 23 iyul 2020 | Cümə axşamı Məqaləyə 12523 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kritik layihələr”ə kritik müdaxilə

Avropa Ittifaqı sərhəddəki döyüşləri boru xətti ilə əlaqələndirib

Elxan ŞAHİNOĞLU

İyulun 22-də iki mötəbər təşkilatdan – BMT-dən və Avropa İttifaqından Bakıya və İrəvana telefon zəngləri edildi. Nyu-York və Brüsseldən eyni gündə edilən iki telefon zəngi BMT və Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərdən narahatlığını göstərdi.

BMT-nin baş katibi Antonio Quterreş prezident İlham Əliyevlə telefonla danışığında qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.

Bu sözlərdə yeni heç nə yoxdur, təkrarlanan fikirlərdir. BMT baş katibi telefon danışığında bir kəlmə də rəhbərlik etdiyi strukturun münaqişənin həlliylə bağlı 4 qətnaməsinin reallaşdırılması vacibliyindən söz açmadı. Antonio Quterreşdən əvvəlki BMT baş katibləri də 4 qətnamə barədə danışmırdılar. Ona görə də həmin qətnamələri prezident İlham Əliyev BMT baş katibinə xatırladıb: “Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur”.

BMT baş katibinin Azərbaycan prezidentinin bu sözlərinə reaksiya verməməsi onu göstərir ki, bu qurum bölgədəki vəziyyətin gərginləşməsinə görə narahatlığına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq istəmir.

İyulun 22-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell də Bakıya və İrəvana zəng etdi. Ancaq əgər BMT baş katibi Azərbaycan və Ermənistan liderlərinə ayrılıqda zəng etdisə, Avropa İttifaqının ali nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli şəkildə telefonla danışdı. Cozep Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkindirməyə çalışarkən belə bir fikir də söylədi: “Xüsusən bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıram”.

Bölgədə bütün “kritik infrastruktur layihələri” Azərbaycanla əlaqəlidir, Ermənistan heç bir regional layihədə iştirak etmir. Ona görə də Cozep Borrell ümumi danışsa da, əslində Azərbaycan ərazisindəki kritik infrastuktur nəzərdə tutub. Bir necə aydan sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya nəql olunacaq. Brüssel Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdən keçən bu boru xəttinin təhlükəsizliyini diqqət mərkəzində saxlayır. Sərhəddəki döyüşlər isə boru xəttinə təhlükə yaradır. Brüsselin boru xəttinin təhlükəsizliyinin təminatı üçün Azərbaycanın işğal altındakı torpaqlarına baxışını dəyişdirməsi vacibdir. Ermənistanın işğala yönəlik siyasəti davam etdikcə, bölgədə müharibə riski azalmayacaq. Azərbaycan cəmiyyəti müharibə tələb edir, prezident İlham Əliyev də müharibənin qaçılmaz olduğuna işarə vurur.

Bölgədəki infrastruktur layihələrinin təhlükəsizliyi Azərbaycanı Avropadan az narahat etmir. Ancaq Azərbaycan üçün bu layihələrin təhlükəsizliyi torpaqların işğaldan azad olunması vacibliyini əngəlləyə bilməz. Əlbəttə, Ermənistan və Rusiyadakı bəlli mərkəzlər Azərbaycanın Avropaya satacağı qaz hesabına varlanmasını, güclənməsini istəmirlər. Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatın arxasında Azərbaycanın regional layihələrinin hədəf seçilməsi dəst xətti seçilirdi. Bunu Brüsseldə də anladıqlarından Avropa İttifaqının ali nümayəndəsi Bakı və İrəvanla telefon danışığında “kritik infrastruktur” layihələrə eyham vurub. Brüssel haqqında danışdığı layihələrin təhlükəsizliyi haqqında ciddi düşünürsə münaqişənin “mərhələli həllinə” dəstək verməlidir. Bu həll planına dəstək olmayınca, Brüsselin tərəflərə balanslı çağırışlarının heç bir əhəmiyyəti olmayacaq. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)