vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
16:47 | 20 noyabr 2022 | Bazar Məqaləyə 672 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güney üçün “yol xəritəsi”

Fars-molla rejimi bizim sözdən işə keçdiyimizi görməlidir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İrandakı soydaşlarımıza dəstək məqsədilə səsləndirilən bütün təkliflər diqqətə layiqdir. Milli Məclisin bir neçə deputatı təklif edib ki, güneyli soydaşlarımızın Bakıdakı ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradılmalıdır. Bu elə böyük maliyyə tələb etmir. Siyasi qərar olarsa Təhsil Nazirliyi üçün bu prosesi nizamlamaq çətin olmayacaq. Tehran illərdir bir qisim gəncimizi İranın dini mərkəzlərində oxutdurur, sonra da bəzilərindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Biz niyə soydaşlarımızın öz ana dilində Azərbaycanda təhsil almalarına şərait yaratmayaq? Bu məsələni ləngitmək olmaz.

Günaz.TV-nin qurucusu Əhməd Obalının da maraqlı təklifi var. Əhməd bəy, 10 ildən çox Azərbaycanda yaşayan, ailə quran güneylilərə vətəndaşlıq verilməsini təklif edib. Bu da vacibdir, tanıdığım güneyli dostlarım Azərbaycanda illərdir yaşayırlar, ailə qurublar, övladları böyüyür, ancaq vətəndaşlıq əldə edə bilmirlər. Bunu da həll etməyin zamanıdır. Prezident İlham Əliyev İranda yaşayan azərbaycanlıların hüquqlarını diqqətdə saxlayacağını bir neçə dəfə vurğulayıb. Dövlət başçısının bu açıqlamaları məmurlarımıza güneyli soydaşlarımızın problemlərinin həlli istiqamətində “yol xəritəsi” rolunu oynamalıdır. Bunları həm də ona görə etməliyik ki, Tehran rejimi bizim sözdən işə keçdiyimizi anlasın.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)