vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
01:07 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baqratyanın nağılları

Sabiq baş nazir Ermənistanın nüvə silahı haqda nələr danışdı?

Zaur RƏSULZADƏ, Polşa

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yenidən bəyan edib ki, Ermənistan nüvə silahına malikdir. Bunu o, Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forum zamanı virtualaz.org-un müxbiri ilə söhbətində deyib.

Xatırladaq ki, Qrant Baqratyan əvvəllər də bir neçə dəfə Ermənistanda nüvə silahının mövcudluğunu bildirib. Siyasətçi bu barədə danışarkən deyirdi ki, Ermənistanda bu silah keçən əsrin 70-ci illərindən var. Baqratyan izah edirdi ki, Ermənistanda nüvə silahının mövcudluğu «Azərbaycan və Türkiyəni saxlayan faktor kimi» lazımdır.

Virtualaz.org-un əməkdaşı ilə söhbətində Q.Baqratyan, onun bəyanatlarının böyük hay-küy yaratmaq üçün səsləndirildiyi barədə iddiaları rədd edib və bir daha vurğulayıb ki, nüvə silahı Ermənistana sovet vaxtlarından qalıb.

«Bəli bizdə nüvə silahı var və mən bunu açıq deyirəm», - o əlavə edib.

Əməkdaşımızın «qorxmursunuzmu ki, belə bəyanatlardan sonra Ermənistanı sanksiyalar baxımından Şimali Koreyanın taleyi gözləyə bilər» sualının cavabında isə Baqratyan deyib: «Ermənistan özünü Azərbaycandan necəsə müdafiə etməlidir».

Qeyd edək ki, 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş, 1993-cü ildə müdafiə naziri vəzifəsini icra etmiş general-leytenant Norat Ter-Qriqoryans əvvəllər Ermənistanın atom silahı almaq arzusu haqda açıq bəyan edirdi. Eyni zamanda, Ermənistanın yüksək vəzifəli digər şəxsləri də bir neçə dəfə hərbi arsenalda «çirkli bombaların» mövcudluğuna işarə etmişdilər.