vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
16:11 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 2097 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hillari Klintonda tromb aşkarlanıb

Həkimlər yaxın 48 saat ərzində ABŞ dövlət katibinin ciddi nəzarətdə saxlayacaqlar

CNN

MÖVZU İLƏ ƏLAQƏLİ

Hillari Klinton xəstəxanaya yerləşdirilib. Həkimlər onda tromb aşkar ediblər. Bu barə CNN Klintonun köməkçisinə istinadən məlumat verir.

«Klinton bazar günü onda tromb aşkar olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Həkimlər trombun əmələ gəlməsini bu yaxınlarda dövlət katibinin beyninin silkələnməsi ilə əlaqələndirirlər», deyə telekanalın məlumatında vurğulanır.
Dekabrın ortalarında Klinton bağırsaq infeksiyası keçirib və nəticədə susuzluq səbəbindən huşunu itirib yıxılaraq beyin silkələnməsi alıb.
Həkimlər yaxın 48 saat ərzində Klintonu ciddi nəzarətdə saxlayacaqlar. Ona qanın laxtalanmasının qarşısını alan dərmanlar veriləcək. Bu barədə dövlət katibinin köməkçisi Filipp Reyns məlumat verib.
Yanvarın sonunda Klinton istefa verməlidir. Onu bu vəzifədə Senatın beynəlxalq əlaqələr komitəsinin başçısı Con Kerri əvəz edəcək.