vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNEY  
12:38 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 2049 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Traktor» türk millət vəkillərini birləşdirdi

Əhməd Əlirzabəyli, Nadir Qazipur, Məhəmməd Həsənnəjad, Murtaza Xatəmi, Rza Əlizadə, Fridun Əhmədiyə «Azərtel» Sim kartları hədiyyə edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin «Traktor» Futbol Klubu səhmdarı olduğu «Azərtel» Şirkətinin Sim kartlarından bir neçəsini azərbaycanlı millət vəkillərinə hədiyyə edib. Sim kartlar «Traktor» klubunun icraçı direktoru Mustafa Acorlu və «Ava İrtibatat Negin Şirkəti»nin direktor müavini Mehdi Şiri tərəfindən İran parlamentinin binasında təqdim olunub.

Klub və şirkət nümayəndələri Sim kartları təqdim edərkən millət vəkillərinə «Traktor» Klubu ilə «Ava İrtibatat Negin Şirkəti»nin əməkdaşlığı və birgə fəaliyyəti haqda məlumat veriblər.

Hədiyyə Sim kartlarını qəbul edən Təbrizin millət vəkili Əhməd Əlirzabəyli, Urmiyənin millət vəkili Nadir Qazipur, Mərənd və Culfanın millət vəkili Məhəmməd Həsənnəjad, Zəncanın millət vəkili Murtaza Xatəmi, Vərziğanın millət vəkili Rza Əlizadə və Zəncanın millət vəkili Fridun Əhmədi «Traktor» klubunun mobil rabitə operatoru istifadəyə verməsini yüksək qiymətləndirib, ona bütün iqtisadi layihələrində uğurlar arzulayıblar. Azərbaycanlı millət vəkilləri «Traktor» Klubuna bütün iqtisadi layihələrində dəstək verəcəklərini də xüsusi vurğulayıblar.

Azərbaycanın «Traktor» Klubu dövlət tərəfindən dəstəklənmədiyi üçün bir çox maliyyə problemləri ilə üz-üzə qalib. Bu səbəbdən klub rəhbərliyi problemləri aradan qaldırmaq üçün müəyyən iqtisadi layihələr üzərində işləyir. Son vaxtlar iqtisadi layihələrin müsbət nəticə verdiyi ilə bağlı xəbərlər yayılır.