vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
12:53 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 1980 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəziyyət davam edərsə, ...»

İqbal Abbasi: «... Əyalətdə iqtisadi durğunluq yaranacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərdəbil Valiliyinin icraçı direktoru İqbal Abbasi təmsil etdiyi əyalətin iqtisadi geriləməsi ilə bağlı həyəcan təbili çalıb. O bu barədə Ərdəbil Əyaləti Ticarət, Mədən və Sənaye İdarəsində istehsalın qarşısında duran maneələri qaldırmaq mövzusunda keçirilən iclasda danışıb.

«Biz, müxtəlif bəhanələrlə iqtisadi layihələrin qeyri-müəyyən vəziyyətdə saxlanılmasına icazə verməməliyik. Ona görə ki, bu vəziyyət davam edərsə, əyalətdə iqtisadi durğunluq yaranacaq», - deyə İ.Abbasi bildirib.

Valiliyinin icraçı direktoru iqtisadi və ticarət müəssisələrinin vəziyyətdən çıxması üçün çıxış yolu da göstərib: «Müəssisələr gecikdirilmiş kreditlərin faizini ödədikdən sonra yenidən kredit ala bilsələr, bir çox problem öz həllini tapar. Bu həmdə müqavimət iqtisadiyyatı üsuluna uyğundur. Fəallaşdırma Şurasının banklara təqdim etdiyi müəssisələrin işinə qısa zamanda baxılmalıdır. Lakin Şuranın təsdiqlədiyi müəssisə banka müraciət etmirsə, o zaman həmin müəssisə digəri ilə əvəz edilməlidir».

İ.Abbasi sözlərinin sonunda turizm sənayesinin əhəmiyyətinə də toxunub. «Ərdəbil Əyalətində turizm sahəsini gücləndirmək lazımdır. Əyalətimiz turizm əyaləti olduğu üçün turizm sənayesi ilə bağlı bütün layihələr prioritet əhəmiyyət kəsb edir», - deyə o vurğulayıb.