vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
PROBLEM  
11:44 | 25 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Konvoy korrupsiyası

Bakıda məhbusların qaçmasının səbəbi

MÖVZU İLƏ ƏLAQƏLİ

Lənkərandan Bakıya gedən həbsxana qatarından iki məhbusun cürətkar qaçışı geniş ictimai rezonans doğurub. Bu vaxta qədər həmin qatarla bir neçə dəfə Bakıdan Lənkərana etap edilmiş kriminal avtoritetlər Əli Ağami və «Qoca» ləqəbi ilə tanınan Etibar Məmmədov «səyahətləri» zamanı həbsxana qatarının şəraiti ilə yaxından tanış olublar və qaçış planı hazırlayıblar.

Virtualaz.org məhbusların qaçışının təfərrüatlarını öyrənə bilib. Məhbuslar Penitensiar Xidmətdə mövcud olan korrupsiya sayəsində qaça biliblər.

Məhbusların qatardan qaça bilməsinin səbəbi konvoy əməkdaşlarına rüşvətin verilməsi olub. İş burasındadır ki, məhbusların etap edildiyi qatarda pəncərəsi olan cəmi iki kupe var.

Bu kupelərdən biri iki konvoy əməkdaşı, digəri isə qatarı müşayiət edən şəxs üçündür.

İmkanlı məhbuslar tez-tez konvoy əməkdaşlarına rüşvət verərək, pəncərəli kupedə «səyahət» edirlər. Adətən, rüşvətin məbləği 20-40 manat təşkil edir.

Kriminal avtoritetlər konvoy əməkdaşlarına pul verərək pəncərəli kupeyə keçiblər. Adəti üzrə, kupenin qapıları bağlanmır, lakin məhbuslar inad ediblər ki, qapılar bağlansın, guya səs-küydən yata bilmirlər.

Bağlı qapı arxasında qaldıqdan sonra məhbuslar barmaqlıqları sındırıblar və səhər saat 6-da vaqondan qaçıblar. Məhbusların yoxa çıxması isə yalnız saat 11-də qatar Bakıya çatarkən məlum olub.