vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
18:03 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hesablama Palatasına yeni səlahiyyətlər

Təzə qanun hazırlanır

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hesablama Palatası haqqında» yeni qanun layihəsi hazırlanır. Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib. Deputat bildirib ki, «Hesablama Palatası haqqında» yeni qanun layihəsi parlamentin ötən sessiyasında birinci oxunuşdan keçib.

««Hesablama Palatası haqqında» yeni qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə daxil edilib. Payız sessiyasında bu qanun qəbul edilməlidir. «Hesablama Palatası haqqında» yeni qanun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib. Hazırda qanun layihəsinin üzərində iş aparılır. Yeni qanun layihəsi hazırki qanundan tamamilə fərqlənəcək. Burada Hesablama Palatasına yeni səlahiyyətlər veriləcək».

Qeyd edək ki, hazırki «Hesablama Palatası haqqında» qanun  2 iyul 1999-cu ildən qüvvədədir.