vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 15 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
23:25 | 10 sentyabr 2017 | Bazar Məqaləyə 695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Myanmarda yaşananlar

Geosiyasi rəqabətdə irqçi maşalar...

Vüqar ZİFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İstər Myanmarda (biz həm də Birma adı ilə tanıyırıq) olsun, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur. Yüzillərdir münaqişəsi bitməyən Yaxın Şərq buna əyani sübutdur. Bu səbəbdən hazırda Myanmarda baş verənləri biz, sadəcə olaraq həmin əraziləri nəzarət altında saxlamaq istəyən güclərin toqquşması kimi qiymətləndirə bilərik. Faciəli haldır ki, bu toqquşma Arakan müsəlmanlarının kütləvi şəkildə qətliamı ilə müşahidə edilməkdədir. Halbuki bölgədə yaşananlar yeni deyil və bunun təməli 20-ci əsrin 40-cı illərinə dayanır.


Tarixi ədalətsizlik...

 

1948-ci ildə müstəqilliyini elan etdikdən sonra hakimiyyəti ələ keçirmiş radikal inanclı buddist yönətimi zamanla müsəlman əhaliyə qarşı təcrid və təzyiq siyasətindən istifadə etməyə başladı. Nəticədə, 50-ci illərdən sonra yerli buddistlərlə müsəlmanlar arasındakı gərginlik həmişə artan xətt üzrə inkişaf edib. Lakin problemlərin açıq şəkildə ortaya çıxmasına təkan verən amil, 1982-ci ildə qəbul edilən «Vətənsizlik» qərarı oldu. Həmin qərara əsasən, Birma hökuməti ölkədəki bütün etnosları vətəndaş olaraq qəbul etdiyi halda, rohincalılara bu statusu verməkdən imtina etdi və sonuncular faktiki olaraq «vətənsiz bir xalq» vəziyyətinə düşdülər. Ölkə iqtidarı, Arakanlı müsəlmanların Benqal (Banqladeşli) olduğunu və 19-cu əsrdə İngilis koloniyası olduqları dönəmlərdə buraya gətirildiklərini iddia edirlər və bu səbəbdən də vətəndaşlıq verməkdən imtina etməkdədirlər. Bu cür irqçi münasibət isə, şübhəsiz ki, bölgədə maraqları olan güclərin manipulyasiyası üçün son dərəcə ciddi alət olmaqdadır.

Təbii ki, bu qarşıdurmada bölgənin zəngin neft və qaz yataqlarının da önəmli və hətta demək mümkündür ki, həlledici rolu var. Hazırda yaşananları məhz yanacaqla zəngin torpaqları «insansızlaşdırmaqla» nəzarət altında saxlamaq kimi qiymətləndirə bilərik. Rohinca uğrunda savaşda rəqabət aparan qüvvələr çoxqütblüdür və onların hər birinin öz hədəfləri var. Görünənlər isə ilk növbədə Çin və Səudiyyə Ərəbistanını ön planda tutmaqdadır. Cənub-Şərqi Asiyanın bu zəngin torpağında axan qanlar əslində bu acımasız rəqabətin bir elementidir.

 

Maraqların törətdiyi qətliam...

 

Yerli müsəlmanların hərbi nöqteyi nəzərdən təşkilatlanmasında və yerli əhaliyə zorakı ayrı-seçkilik uyğulayan buddist hərbçi və polislərə qarşı müqavimətin təşkil edilməsində önəmli rol oynayan «Arakan Rohinca Qurtuluş Ordusu» (ARSA) Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Təşkilatın qurucusu Ebu Ammar Yununi də Məkkədə böyüyüb və ərəb mənşəlidir. Səudlar tam 8 ildir ki, fasiləsiz olaraq həmin bölgəyə kapital yatırmaqdadırlar. Rəhbəri olduğu ölkənin iri neft şirkəti olan «Aramco» vasitəsi ilə Səudiyyəni ilk dəfə Myanmarda enerji bazarına daxil edən Məhəmməd ibn Salman bir yandan Yaxın Şərqdəki ən yaxın müttəfiqi Birləşmiş Ərəb Əmirliklərini də bölgənin xidmət sektorunu inkişaf etdirməyə təşviq edərkən, digər yandan da, Rohincadan əkin ərazilərini satın alıb. Mərkəzi Abu Dabidə yerləşən «El Mervan» şirkəti isə Myanmar hökuməti ilə Rohincada avtomobil yolları və otellərin inşasını nəzərdə tutan müqavilə imzalayıb.

Burada ciddi məqam odur ki, Asiyanın ən zəngin qaz və neft ehtiyatlarına ev sahibliyi edən Benqal Körfəzində yerləşən Myanmarın enerji bazarı Fransa, İngiltərə və Çinin nəzarəti altındadır. Əslində Körfəz ölkələrini bazara daxil edərək Çinin nüfuzunu sarsitmağı hədəfləyən ABŞ, bölgəyə təsir imkanları əldə etmək niyyətindədir. Belə deyə bilərik ki, 2015-ci ildən indiyədək amerikalı biznesmenləri bölgəyə kapital qoymağa sövq edən Vaşinqton, Pekinin Myanmardakı təsirini qırmaq üçün Səudların ARSA və Rohincadakı nüfuzundan istifadə etməkdədir. Təbii ki, Çin Cənub-Şərqi Asiyanın bu önəmli bölgəsindəki nüfuzunun sual altına alınmasına razı ola bilməz. Nəticədə buddist milislər aktiv şəkildə həm maliyyələşdirilir, həm də silahlandırılır. Digər tərəfdən qoca Avropa, ələlxüsus London da Benqalda yeni oyunçuların meydana çıxmasından narazıdır. Bu ərazilərin keçmiş sahibi kimi Britaniya krallığı Myanmar hökumətinin Rohinca müsəlmanlarını sıxışdıraraq Pekin-London xəttinə yaxınlaşmağını hədəf olaraq götürür.

 

Oskar ödüllü qatil

 

Ən maraqlı məqam isə, Myanmarda Arakanlı müsəlmanlara qarşı şiddətin əsas günahkarı olaraq göstərilən Ang San Suu Kyu ilə bağlıdır. Bu qadın Çinin bölgədəki nüfuzunu sona çatdırmaq üçün uzun müddətdir ki, Qərb tərəfindən istifadə edilir. 1991-ci ildə Nobel sülh mükafatına layiq görülən Kyu, Vaşinqton tərəfindən dəstəklənən demokratiya institutları tərəfindən ölkənin «müstəqil lideri» olaraq göstərilməkdədir. Məşhur «Economist» qəzeti tərəfindən «Pekinin hakimiyyətini bitirəcək qadın» kimi təqdim edilən Myanmarlı Kyu, faktiki olaraq ABŞ və Avropa Biliyi tərəfindən istifadə edilməkdədir. Amerika xarici işlər nazirliyinin 2015-ci il hesabatında bu qadın «neo-liberal iqtisadi islahatlar edən modern lider» kimi xarakterizə edilir, Arakan müsəlmanlarına edilən qətliamlar isə «yerli gərginliklər» olaraq göstərilir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)