vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
14:53 | 8 fevral 2018 | Cümə axşamı Məqaləyə 2506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«1 düşmən əsgəri məhv edilib, 2-i ağır yaralanıb»

Müdafiə Nazirliyi Lələtəpə istiqamətində gedən döyüşlər haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.

MN-dən virtualaz.org-a verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.

Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

 

***

 

10:49

Ötən gün təmas xəttinin cənub istiqamətində (Füzuli-Cəbrayıl) erməni işğalçı qüvvələrinin bir hərbi qulluqçusu vurulub. Qondarma «dqr müdafiə nazirliyi» bildirir ki, saat 13.50 radələrində «Azərbaycan tərəfdən açılan atəşlə» hərbi qulluqçu Ayk Razmikoviç Kələntəryan (1998) ölümcül güllə yarası alıb.

İnsidentin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl dəfələrlə erməni işğalçı qüvvələrinin əsgərlərinin bir-birini gülləməsi, yaxud intihar etməsi «Azərbaycan tərəfdən açılan atəş» kimi qələmə verilib.