vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:20 | 8 may 2018 | Çərşənbə axşamı Məqaləyə 2977 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir Türkiyəyə gedir

Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da Türkiyənin İzmir şəhərinə səfər edəcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar gününə qatılacaq.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan ordusunun yüzdən artıq hərbi qulluqçusu iştirak edir.