vaxtlı-vaxtında oxuyun! Bazar, 19 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
15:31 | 12 fevral 2018 | Bazar ertəsi Məqaləyə 764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Akif Çovdarov ölüm ayağında

Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov vəkili ilə görüşüb.

Bu barədə virtualaz.org-a A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Onun sözlərinə görə, hazırda Akif Çovdarov Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır.

«Ürəyinin çox zəif olması üzündən Akif Çovdarov iki dəfə kardioloji müayinədən keçirilib. Onu həm Kardiologiya İnstitutunun mütəxəssisi, həm də tibb məntəqəsinin özünün dəvət etdiyi mütəxəssis müayinə edib. Müayinələrin nəticələri Almaniyaya – Akif Çovdarovun şəxsi həkiminə göndərilib. Almaniyadan aldığımız cavaba əsasən, hazırda xəstənin vəziyyəti ağırdır və Almaniyada yerləşən klinikada uzunmüddətli müalicə tələb olunur ki. bu da hazırkı vəziyyətdə qeyri-mümkündür», - vəkil S.Rəsulov bildirib.

Vəkil əlavə edib ki, Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində kardioloq olmadığı üçün hazırda Akif Çovdarov «özü bildiyi kimi» müalicə olunur və tibbi preparatlardan istifadə etməklə sağ qalmağa çalışır.

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər məhkəmənin hökmündən apelyasiya şikayəti verib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *