vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
13:52 | 19 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2271 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... İstisna deyil»

Çingiz Məmmədov: «İsrailin müdafiə nazirinə sui-qəsd cəhdində «erməni izi» ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İsrailin müdafiə naziri Aviqdor Libermana sui-qəsd cəhdində «erməni izi»nin olması istisna deyil». APA-nın məlumatına görə, müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu barədə yayılan məlumatları şərh edərkən deyib.

Ç.Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb.

«Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib.

Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfər öncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir.

Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-israil qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edirlər. Bildiyimiz kimi bu üsuldan istifadə hətta bir çox erməni təşkilatlarının nizamnamələrində də əksini tapıb.

Dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqini tapıb. Heç şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq İsrail parlamentinin qondarma «erməni soyqırımını» qəbul etməməsidir», - deyə sabiq nazir müavini vurğulayıb.

Qeyd edək ki, «Jerusalem Online» portalı müdafiə naziri A. Libermana qarşı planlaşdırılan terror aktının qarşısının alındığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, terrorçular müdafiə nazirinin maşın karvanının yolunda bomba partlatmağı planlaşdırıblar.

İsrail xüsusi xidmət orqanları terror aktını hazırlayan 6 nəfər saxlayıb. Saxlanılanların «Fələstin İslam Cihadı» qruplaşmasının üzvləri olduğu bildirilir.

Bu qruplaşma ABŞ, Avropa İttifaqı və bir neçə ölkə tərəfindən terrorçu təşkilat kimi tanınıb. Qruplaşma İsrail dövlətinin məhvinə çağırır.