vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
13:38 | 14 fevral 2014 | Cümə Məqaləyə 1107 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tərbiyəsizliyə nə qədər dözməliyik?

Rövşən ƏHLİMANOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaşıl meydanlarda bir sıra futbolçuların tərbiyəsizliklərinin şahidi olmuşuq. Lakin bu məsələlər AFFA İntizam Komitəsinin gözündən yayınmayıb. Mahir Şükürovun, Elnur Allahverdiyev və digər futbolçuların birinci növbədə özlərinə, daha sonra azarkeşlərə etdiyi hörmətsizlik başbilənlər tərəfindən cəzasız qalmayıb. Nədənsə, bu cəzalar tək yerli futbolçulara aid edilir.

Elə son turda Lənkəran şəhər stadionunda ədəbsiz jest göstərdiyinə görə «Neftçi»nin müdafiəçisi Mahir Şükürov 3 oyunluq cəzalandırılıb və onun bir barmağına görə klubu 2000 manat cərimə ödəməli olub. Oxşar hadisə eyni turda baş tutan «Rəvan» - «İnter» qarşılaşmasında da baş vermişdi. Belə ki, 94-cü dəqiqəyə qədər hər şey öz axarı ilə davam edirdi. Lakin «bankirlər»in son dəqiqədə vurduğu 2-ci qol baş məşqçi Kaxaber Sxadadze başda olmaqla, Georgi Lomaya, Aleksandr İaşvili və Laşa Salukvadzeni dilə gətirib. Lakin «gürcü mafia»sının bu hərəkəti cəzasız qalıb.

Son dəqiqələrdə edilən ədəbsiz jest «Rəvan»ın məşqçisi Füzuli Məmmədovun kəskin etirazına səbəb olub. Belə ki, digərlərini görməyən, təkcə Salukvadzenin ədəbsizliyini görən Məmmədov gürcünün təhqirinə dözməyərək, onunla, eləcə də «İnter»in məşqçiləri ilə haqq-hesab çürüdüb. Rəqib komandanın texniki zonasına qədər gələn Məmmədov mübahisədən sonra yerinə qayıdıb. Həmin anda baş verənləri isə məşqçi bu cür izah edir:

«Qoldan sonra bir az anlaşılmazlıq oldu. Futbolçu tərbiyəsiz jest göstərdi. Mən də öz etirazımı bildirdim və oyundan sonra gəlib üzr istədilər. Mənim Kaxayla yaxşı münasibətim var. Bir-birimizə hörmətimiz var. Laşa tərbiyəsiz jest göstərdi. Mən də onun cavabını qəşəng verdim. Oyun bitən kimi də ona yaxınlaşdım. Daha sonra elə Kaxa da, Vaqif Cavadov da gəlib dedi ki, narahat olma, səhv edib, üzr istəyəcək. Baş məşqçi məni sakitləşdirdi. Vaqif Salukvadzeni gətirdi və gürcü futbolçu hərəkətinə görə üzr istədi».

Salukvadze etdiyi tərbiyəsizliyə görə üzr istədi və bununla da söhbət bağlandı. Bəs klub necə? «İnter» rəhbərliyi «Rəvan»dan üzr istəyən Laşanın və digərlərinin hərəkətini cəzasızmı qoyub? Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məsələ ilə bağlı bunları bildirdi: «Klub rəhbərliyi iddia edilən həmin jesti görməyib və görülməyən, təsdiqlənməyən hərəkətə görə kimsəni cəzalandırmağı doğru addım saymırıq».

«İnter» tərəfi gürcü futbolçunun tərbiyəsizliyini görmədiyini bildirir. Lakin görünən kəndə bələdçi lazım deyil. Artıq görən görür, bilən bilir. Görməyən və bilməyən yalnız «İnter» və sözügedən məsələyə görə cəza verməyən AFFA tərəfidi. Deyəsən «bankirlər»in kassası lazım olan anda necə işləməyi yaxşı bilir. Artıq gürcülər Premyer Liqada əməlli başlı söz və güc sahibinə çevrilir. Gözünüzü açın cənablar, görməli və bilməli çox şeylər var... (futbolinfo.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)