vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
11:21 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

"Obraz aydın görünür"

Lütfi Zadənin qəbirüstü abidəsinin ideya müəllifi olan xanım danışdı

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 6-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anım günü idi, onun ölümünün 1 ili tamamlandı. Lütfi Zadə ötən ilin 6 sentyabrında ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət edib.

Lütfi Zadənin il mərasiminə yaxın qəbirüstü abidəsi ictimaiyyətə təqdim olunub. Lakin dünya şöhrətli alimin abidəsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Bəzi insanlar sosial şəbəkələrdə abidəni alimin adına yaraşdırmadıqlarını bildiriblər.

Qeyd edək ki, Lütfi Zadənin qəbirüstü abidəsi məşhur heykəltəraş, xalq artisti Ömər Eldarov tərəfindən hazırlanıb.

Modern.az saytı cəmiyyətdə səslənən fikirlərə münasibət öyrənməyə çalışıb. Əməkdaşımız bunun üçün Lütfi Zadə irsini araşdıran Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova  ilə əlaqə saxlayıb.

Şahnaz Şahbazova qəbirüstü abidənin hazırlanmasında Ömər Eldarova təkliflər verdiyini və abidəyə görə ona təşəkkür etdiyini bildirib.

“Əslində abidədən Lütfi Zadənin obrazı aydın görünür. Bu obrazda Lütfi Zadə dünyaya elm qapısını açır. Mən Ömər müəllimlə Lütfi Zadənin abidəsi üçün may-iyun aylarında bir qədər əməkdaşlıq etdim. Hər dəfə saat yarım söhbət edirdik. Yaşlı adamdır. Onu incidirdim. Çünki çox informasiya verirdim. Deyirdim ki, “Lütfi Zadə qətiyyən gülən adam olmayıb. Onu gülərüz verməyin. O adam həmişə düşüncəli olub”.

Öncəki hazırlıqda Ömər müəllim Lütfi Zadəni kəpənəkli geyimlə təsvir etmişdi. Məruzə etdim ki, Lütfi Zadə daimi olaraq köynəyinə kəpənək bağlamayıb. Kəpənək onun qarderobunun 3 faizini təşkil edib. 97 faiz geyimdə qalstuk taxıb. Həmçinin, Lütfi Zadə uzunboğaz koftanın üstündən köynək geyinməyi sevirdi.

Daha sonra Ömər müəllimə onun 6 nəzəriyyəsi barədə məlumat verdim. Hər dəfə 100-ə yaxın şəkil göstərirdim. Ömər müəllim dahi insanı bu qədər yaxından tanımağıma təəccüb edirdi. Həyatımın 12 ilini Lütfi Zadəyə həsr etdiyimi deyirdim.  Bu müddət ərzində çalışdım ki, Lütfi Zadənin obrazını Ömər müəllimə verim. Dediyiniz fikirdə də həqiqət var. Düzü, heç düşünmədim ki, Ömər müəllim pencəyi yaxası açıq formada verər. Ancaq Ömər müəllim ümumilikdə obrazı çox gözəl çatdıra bilib. Bu, çox böyük bir işdir. Bütövlükdə Lütfi Zadənin qəbirüstü abidəsindən məmnunam. Cənab prezidentimizin qarşısında baş əyirəm. Minnətdaram. Həmçinin, şadam ki, dünya şöhrətli dahi insanın məzarı Azərbaycandadır”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *