vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
17:18 | 8 sentyabr 2017 | Cümə Məqaləyə 3406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sayğısızlığın son həddi

Baş verənlər sıradan bir hadisə deyil

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Adamlar o qədər arxayınlaşıblar ki, atdıqları addımın, dedikləri sözün necə qəbul olunacağına, ictimai rəyə necə təsir göstərəcəyinə belə önəm vermirlər. Bu ictimai məsuliyyətsizliyin, cəmiyyətə münasibətdə sayğısızlığın ən son həddidir. Dünyasını dəyişmiş bir insanın, həm də insanlığa, bəşəriyyətə yalnız xeyri dəyən bir şəxsiyyətin ünvanına təhqiramiz ifadələrin səsləndirilməsi ilk növbədə tərbiyəsizlikdir. Bu ifadələrin mətbuata açıqlanması isə ictimai rəyə tüpürməkdir, mediaya sayğısız, aşağılayıcı münasibətin bariz nümunəsidir.

Təəssüf ki, son 2 ildə belə nümunələrin sayı durmadan artır. Biri milləti, onun dilini, mədəniyyətini aşağılayır, təhrif edir, digəri aztəminatlı ailələri məsxərəyə qoyur, başqa biri dəyərlərimizə və dəyərə çevrilmiş şəxsiyyətlərimizə savaş açır... Sonra KİV-də, sosial şəbəkələrdə etiraz dalğası başlayır, səngiyir və unudulur, yaxud adi, sıradan bir fakta çevrilir. 

Sanki hansısa qüvvələr Azərbaycanda ictimai rəylə işləmək və boşluqları müəyyənləşdirib idarə etmək üçün çoxtəyinatlı eksperimentlər həyata keçirirlər. 

Mən baş verənlərə sıradan bir hadisə kimi yanaşmıram. Hesab edirəm ki, bütün bunlar ciddi təhlil olunmalıdır.