vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9424 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1666 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3203 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
12:22 | 26 sentyabr 2018 | Çərşənbə Məqaləyə 1172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mədəniyyət sahəsində əməkdaşlıq müzakirələri

Nazir Əbülfəs Qarayev Moskvada görüşlər keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Moskvaya səfəri çərçivəsində sentyabrın 21-də Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb.

Görüşdə 2019-2020-ci illərdə Azərbaycan Respublikasında və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi, bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məsələləri qaldırılıb.

* * *

Mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 22-də Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə də görüşüb.

Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və digər məsələlər müzakirə edilib.

Söhbət zamanı həmçinin təhsil müəssisələri arasında kadr mübadiləsi, qarşılıqlı qastrol səfərlərinin təşkili, kitabxana sahəsində Moskvada tətbiq olunan yeni texnologiyaların Bakıda da tətbiqi imkanlarına baxılması, beynəlxalq festivallarda müştərək iştirak, Azərbaycan bəstəkarlarının əsərlərinin Moskva teatrlarının repertuarına əlavə edilməsi, birgə tamaşaların qoyulması və Moskva teatrlarından birində həftəlik “virtual pəncərə” təşkil olunması, qarşılıqlı sərgilərin keçirilməsi, arxeologiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *