vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
15:54 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 1711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MŞ sədri «Fəxri mədəniyyət işçisi» oldu

Əbülfəs Qarayev Əflatun Amaşovu yubiley münasibətilə təbrik edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Bu barədə MŞ-dən VAXT.AZ-a daxil olan məlumatda bildirilir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində keçirilmiş görüşdə nazir Ə.Qrayev MŞ sədrini 60 yaşının tamam olması münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb. Nazir bildirib ki, rəhbərlik etdiyi dövlət qurumu mətbuat orqanları ilə əməkdaşlığa hər zaman böyük önəm verir, mədəni irsimizin, incəsənətimizin, ölkəmizin turizm imkanlarının təbliğində, dünyaya tanıdılmasında medianın rolunu yüksək qiymətləndirir. Nazirliyin mövcud xüsusda Mətbuat Şurası ilə əlaqələrindən, birgə layihələrinin cəmiyyət üçün faydalı tərəflərindən söz açan Ə.Qarayev vurğulayıb ki, Azərbaycan jurnalistikasının inkişafında, peşəkarlıq səviyyəsinin artmasında Şuranın müstəsna rolu var.

«2015-ci ildə Milli Məclisin üzvü seçildikdən sonra Azərbaycan mətbuatının inkişafına xidmət edən prioritet məsələlərin parlamentdə gündəmə gətirilməsi ilə bağlı təşəbbüsləriniz, qanunverici orqanda aktual mövzu və problemlərlə bağlı çıxışlarınız təqdirəlayiqdir. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi fəaliyyətiniz də məmnunluq doğurur. Hər dəfə Gürcüstana səfər edərkən orada yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır, qonşu ölkədəki tarixi-mədəni irsimizin qorunması və bərpası ilə bağlı narahatlığınızı dilə gətirir, rəsmi qurumlarla səmərəli görüşlər keçirirsiniz», - deyən Ə.Qarayev əlavə edib ki, MŞ sədri 30 ildən artıq müddətdə Azərbaycanda mətbu və ictimai fikrin, jurnalistikanın inkişafına xidmət etməklə mənalı ömür yolu keçib: «Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik xəttinin sadiq yolçusu kimi üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirsiniz. 14 ildir Azərbaycan Mətbuat Şurasının sədri olaraq milli mətbuata, azad sözün, fikir plüralizminin daha da möhkəmləndirilməsinə töhfənizi verirsiniz».

Əbülfəs Qarayev ölkə mədəniyyətinin təbliği sahəsində xidmətlərinə görə Əflatun Amaşova Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri mədəniyyət işçisi» döş nişanını təqdim edib. Nazir sonda Mədəniyyət və Turizm Nazirliyinin kollektivi adından bir daha Əflatun Amaşovu 60 illik yubiley münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzulayıb.

Əflatun Amaşov ona göstərilən yüksək ehtirama görə nazir Ə.Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin kollektivinə minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da ölkəmizin ictimai, siyasi, mədəni və digər sahələrin təbliği istiqamətində yorulmadan fəaliyyət göstərəcək.

Görüşdə Gürcüstanın müxtəlif bölgələrində Azərbaycanın mədəni irsini yaşadan abidələr, muzeylər ətrafında fikir mübadiləsi aparılıb, onların qayğıları dilə gətirilib, problemlərin aradan qaldırılması mümkün yolları müəyyənləşdirilib. Tiflis Azərbaycan Teatrının və Cəlil Məmmədquluzadənin ev muzeyinin təmiri və bərpası məsələləri xüsusi vurğulanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *