vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
19:25 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məşqçi qərargahı ilə maraqlanmırsız»

Berti Foqts: «Mahir Şükürov öz hərəkətindən sonra toplanışı buraxmalı idi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah Filippin yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü ərəfəsində bu gün təşkil edilmiş mətbuat konfransında millinin baş məşqçisi Berti Foqts öz köməkçilərini təqdim edib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:

«Təəssüf ki, siz yığmanın məşqçi qərargahı ilə çox da maraqlanmırsız. Biz onlarla iki il işləyəcəyik. Təqdim etmək istəyirəm: Mahmud Qurbanov, Rauf Mehdiyev, Volfqanq Rolf və Uli Ştayn - vaxtı ilə Avropada öz dövrünün ən yaxşı qapıçılarından biri. Aslan Kərimov Bolqarıstanın oyununu izləməyə gedib. Bizim qarşıdakı iki ilə planlarımızdan danışmaq düzgün olardı. Sabah keçiriləcək oyundan yox. Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı».

Bundan sonra Foqts «Neftçi»nin müdafiəçisi Mahir Şükürovu hansı səbəbə Dubay toplanışına dəvət etmədiyinə aydınlıq gətirib. Almaniyalı mütəxəssis bunları söyləyib:

«Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O, azarkeşlər üçün oynadığını anlamalıdır. Mən onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədi». (azerisport.az)