vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
14:29 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 2454 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yanukoviç infarkt keçirib

Eks-prezident Moskvadakı xəstəxanaya gətirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç infarkt keçirib və Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə «Moskovskiy komsomolets» qəzeti xəbər yayıb.

Xəbərdə bildirilir ki, hələ təsdiqlənməmiş məlumata görə, Yanukoviç xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini düşünür və səhhətinin ağır olduğunu bildirir.

Xatırladaq ki, bundan əvvəl Yanukoviçin Rusiyada infarkt keçirib öldüyü haqda xəbərlər yayılmışdı. Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bu xəbəri təkzib edərək deyib ki, Yanukoviçlə iki gün əvvəl görüşüb.