vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
OLAY  
16:33 | 9 mart 2014 | Bazar Məqaləyə 2573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polislər «Sovetski»də keşik çəkir

Rəisi isə məhəllədə qərargah qurub

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının «Sovetski» ərazisində yaşayan sakinlərin etiraz aksiyası keçirəcəyi gözlənilir. Aksiyanın martın 10-da keçiriləcəyi elan olunsa da, bu gün də polislər yaşayış məntəqəsinin həndəvərində toplaşıb gözləyirlər.

Sosial şəbəkə fəallarının bildirdiyinə görə, «Sovetski»yə yaxın küçələrdə polislərlə dolu 9 avtobus sayıblar.

Xatırladaq ki, sökülməsi nəzərdə tutulan bu məhəllənin sakinlər evlərinə görə ödəniləcək kompensasiyanın həcmindən narazıdırlar. Hökumət isə onlara bundan artıq vəsait verməməkdə israr edir.

 

***

 

Virtualaz.org-un müxbirininsə verdiyi ən son məlumata görə, məhəllədə gərginlik olsa da, aksiya keçirilmir: «Amma hazırda Abdulla Şaiq və Şamil Əzizbəyli küçələrinin kəsişməsində 30-40 gənc toplaşıb. Polis onları əhatəyə alıb. Tərəflər sadəcə söhbət edirlər. Heç bir aqressivlik yoxdur. «Sovetski» gənclərinin polisdən bircə tələbi var. Onlar deyirlər ki, polis tutulan məhəllə gənclərini buraxsın. Sakinlər deyirlər ki, həmin 6-7 gənc kompensasiyanın azlığına etiraz etdikləri, polislə bu barədə söhbət elədikləri üçün həbs olunaraq 15 sutka cəza alıblar, indi də biz sizinlə söhbət edirik, deməli, axşam da bizi tutub aparacaqsınız və s. Polis isə gəncləri sakitcə dağılışmağa çağırır».