vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
11:15 | 23 may 2022 | Bazar ertəsi Məqaləyə 786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kiçik qığılcımın” böyük təhlükəsi

Mövcud vəziyyət Birinci Dünya müharibəsindən öncəki durumu xatırladır

Elxan ŞAHİNOĞLU

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli böyük dövlətlər arasında münaqişə ehtimalının artdığını bildirib. “Amerika Rusiya və Çinlə toqquşa bilər” deyən amerikalı generalı Moskva və Pekinin oyun qaydalarını dəyişməyə çalışdığını vurğulayıb. Mark Milli Amerikanın qeyri-sabit dünya ilə üz-üzə qaldığı və beynəlxalq aləmin sabitliyin getdikcə pozulduğu qənaətindədir.

Mark Milli ilk dəfə deyil ki, böyük dövlətlərin toqquşma ehtimalının yüksək olduğunu bildirib. O aprel ayında verdiyi açıqlamada ölkəsinin Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilənin qarşısını almaqda aciz qaldığını etiraf etmişdi. Amerikalı general ölkəsinin prosesə müdaxiləsi halında Rusiya ilə toqquşacağını söyləmişdi. Mark Milli Ukraynadakı müharibənin illər sürəcəyi ehtimalını da irəli sürüb. Bu isə o deməkdir ki, ABŞ-la Rusiyanın toqquşması ehtimalı getdikcə artacaq.

Mark Milli proqnozlarında haqlıdır. Mövcud vəziyyət Birinci Dünya müharibəsindən öncəki durumu xatırladır. O zaman da böyük dövlətlər arasındakı münasibətlərdə gərginlik var idi, kiçik qığılcım böyük müharibənin başlamasına rəvac verdi və milyonlar insan həlak oldu. Amerikanın Rusiya və Çinlə münasibətləri getdikcə gərginləşirsə Birinci Dünya müharibəsi öncəki dövrdə olduğu kimi kiçik qığılcım yenidən böyük dövlətlərin toqquşmasına gətirib çıxara bilər.  Hazırda “kiçik qığılcım” Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə sayıla bilər. Digər “kiçik qığılcım” isə Çinin Tayvan adasını nəzarətə götürmək istəyi ola bilər.

Rusiya və Çin isə özləri üçün təhlükəni təklənmələrində görürlər. NATO Rusiyaya qonşu olan dövlətlərin hesabına genişlənir, Çinin qonşuları isə Amerika ilə siyasi və hərbi ittifaqı gücləndirirlər. ABŞ prezidenti Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfərinin əsas məqsədi məhz Çinə qarşı siyasi və hərbi bloku gücləndirməkdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)