vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
13:49 | 29 may 2013 | Çərşənbə Məqaləyə 3432 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İyunun 15-dək vaxt verilib

“Turistlərin istirahəti tək hoteldə qalmaqla məhdudlaşmasın”

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm regionlarında monitorinqlər keçirir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan mədəniyyət və turizm naziri Əbulfəs Qarayev bildirib.

Onun sözlərinə görə, monitorinqdə Səhiyyə, İqtisadi İnkişaf nazirliklərinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri də iştirak edirlər: “Biz turizm obyektlərinə monitorinqdən əvvəl öz nöqsanlarını aradan qaldırmaq üçün imkan verdik. İstəyirik ki, turistlərin istirahəti mənalı keçsin, ekskursiyalar təşkil olunsun, onların istirahəti tək hoteldə qalmaqla məhdudlaşmasın”.
Ə.Qarayev qeyd edib ki, monitorinq heç də bütün turizm zonalarının yay mövsümünə hazır olmadığını göstərib: “Onlara iyunun 15-nə qədər vaxt verilib ki, aşkarlanan çatışmazlıqlar aradan qaldırılsın”.
Nazir əlavə edib ki, keçən il ilə müqayisədə bu il turizm sahəsində qiymətlər 10-20% ucuzlaşıb.