vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
22:21 | 29 iyul 2019 | Bazar ertəsi Məqaləyə 2746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hotellərin gəlirləri 12 faiz artıb

Mehmanxana sahiblərinin qazancları 190 milyona yaxındır

MÖVZU İLƏ ƏLAQƏLİ

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox olub.

“Trend”in məlumatına görə, cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 187,7 milyon manat olub ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən olub. Gəlirlərin 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil edib.

Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7 faiz) iyun ayında qeydə alınıb.

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olmuşdur ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil edib. Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7 faiz) iyun ayında qeydə alınıb.