vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
13:01 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 3033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda yeni hotel və restoran açıldı

Teatrda qalanlara “Tavadan” pulsuz səhər yeməyi verəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının mərkəzində yeni “Theatrum” (Teatr – red.) hoteli və “Tavada” restoranı fəaliyyətə başlayıb. “C-Group” şirkətinin rəhbəri Kənan Ağayev açılış mərasimində bildirib ki, artıq fəaliyyətə başlayan hotel şəhərimizin qonaqları üçün öz rahat ab-havası ilə seçiləcək:

“Çox sevinirik ki, paxtaxtımızın mərkəzində yeni bir hotel açmışıq. Burada 49 otaq var. Onlar müxtəlif suitlər, ailə otaqlarına bölünür. Ümid edirəm ki, inkişaf etmiş ölkə turizmi üçün hotelimiz həm yerləşməsinə, həm də burada göstərilən xidmətə bir töhfə olacaq”.

Kənan Ağayev qeyd edib ki, hoteldə müştərilər üçün endirimlər də olacaq:

“Hotelin özünəməxsus üslubu, rahatlığı var. Açılış ilimiz olduğu üçün 30-40 faiz endirimlə bazara daxil oluruq. Qeyd edim ki, Azərbaycanımızın müxtəlif yerlərində dörd hotelimiz fəaliyyət göstərir. Bazara girməmişdən əvvəl şəhərdə yerləşən hotellərin qiymət araşdırmasını etdik. Biz də hotelimizdə müştərilər üçün digər hotellər səviyyəsində və onlardan da aşağı qiymət tənzimlədik. İlkin olaraq xarici turistlər üçün səhər yeməyi daxil olmaqla, günü 60-80 dollar civarında otaqlar təklif edirik”.

Rəhbər vurğulayıb ki, şəhərimizə gələn turistlər daha çox Bakının mərkəzi küçəsində yerləşən hotellərdə qalmağa üstünlük verirlər:

“Şəhərimizin gəzməli və görməli yerləri ilə daha yaxından tanış olmaq üçün mərkəzdə qalmaları daha münasibdir. Bizim hotel məhz şəhərin mərkəzi küçəsində yerləşir. Hazırda bizim konkret şüarımız yoxdur. Ancaq istəyirik ki, 2019-cu il “Theatrum” hotelinin ili olsun”.

“Theatrum” hotelində Türkiyə, Azərbaycan və beynəlxalq mətbəxi birləşdirən 170 nəfərlik “Tavada” restoranı da fəaliyyət göstərir.

Hotelin direktoru Ərdəm Canlı bildirib ki, restoranda hələlik Azərbaycan mətbəxindən 12, Türkiyə mətbəxindən isə 14 növ yemək təqdim olunacaq. Zaman keçdikcə müştərilərin istəklərini də nəzərə alıb, menyu zənginləşdiriləcək.