vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
09:08 | 15 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aslanov üçün yeni post

Onun şöbə müdirliyindən nazir müavini vəzifəsinə yüksələcəyi gözlənilir

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ay Prezident Administrasiyasındakı postundan uzaqlaşdırılan və bir neçə gün öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri təyin edilən Elnur Aslanov yaxın zamanlarda nazir müavini olacaq. Bu barədə «Yeni Müsavat»a hakimiyyətə yaxın etibarlı mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2005-ci ildə yaradılan və 7 nəfər işçisi olan Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinə müdir təyin olunub. Şübhə yoxdur ki, onun bu posta təyin olunmasında prezidentin iradəsi rol oynayıb. Bu da ondan xəbər verir ki, E.Aslanov daha yüksək postundan uzaqlaşdırılsa da, onun adı ölkə başçısının siyahısından silinməyib. Deməli, daha yüksək vəzifəyə təyinat alacağı barədə xəbərləri yalnız E.Aslanova yaxın çevrələrin məqsədli yaydığı qənaətinə gəlmək olmaz. Düzdür, bundan öncə də bəzi media orqanları E.Aslanovun nazir müavini təyin olunacağından bəhs etmişdilər. 

Ancaq bizim mənbəmizin verdiyi məlumata görə, E.Aslanov yaxın zamanlarda təsis olunacaq yeni nazir müavini postunu tutacaq. Məlumatlarda deyilir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılandan sonra bu qurumun görəcəyi işlərin də sferasında dəyişikliklər gözlənilir. Bu mənada rabitə nazirinin daha bir müavini təyin ediləcək və bu, E.Aslanov olacaq. Aldığımız xəbərlərdə o da deyilir ki, E.Aslanov çalışdığı qısa müddət ərzində nazirlikdə çoxlarının rəğbətini qazana bilib və daha yüksək posta təyinat alacağı halda əksəriyyət bu qərarı dəstəkləyəcək. 

Xatırladaq ki, E.Aslanovun hazırda rəhbərlik etdiyi şöbə rabitə və (telekommunikasiya poçt) və informasiya texnologiyaları sahəsində dövlət elmi-texniki siyasətini formalaşdıran, (təkliflər hazırlayan) həyata keçirən, rabitə və informasiya texnologiyalarının elmi inkişafının təmin edilməsində iştirak edən struktur tərkibi kimi fəaliyyət göstərir.