vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
PARTİYALAR  
09:07 | 16 aprel 2014 | Çərşənbə Məqaləyə 2793 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İbrahimbəyova mesaj göndərirlər ki...»

Eldəniz Quliyev Ziyalılar Forumundan danışdı

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

2009-cu ildə kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə yaradılan və ölkənin tanınmış ziyalılarının cəmləşdiyi Azərbaycan Ziyalılar Forumu xeyli vaxtdır fəaliyyətsiz durumdadır. Kənardan belə təəssürat yaranır ki, sanki Ziyalılar Forumu artıq tarixə çevrilib.

Qurumun yaradıcılarından Eldəniz Quliyev isə «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, Ziyalılar Forumunu siyasi təşkilat deyil. «Onun hansısa müddətdə toplantı keçirməməsi, toplaşmamasını ciddi bir problem, qüsur deyil: «Keçənilki seçkilərdən əvvəl biz tez-tez toplaşırdıq. Ölkədə baş verən siyasi, iqtisadi, sosial əhəmiyyətli hadisələrə münasibət bildirib çıxış yolları təklif edirdik. Müəyyən problemlərin həlli məsələsini qaldırıb təkliflərimizi verirdik. Hətta Ziyalılar Forumunun ölkə başçısına da müraciətləri olurdu. İndi bu cür toplantılara ara verilib. 

Bu da daha çox obyektiv səbəb kimi dəyərləndirilməlidir. Çünki Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlməsinə əsaslı surətdə mane yaratdılar. İndi də Rüstəm İbrahimbəyova hakimiyyətdən mesajlar göndərilir ki, Azərbaycana gəlmə. Rüstəm İbrahimbəyov sıradan biri deyil. O, Azərbaycanı dünyada tanıdan, həm də sevdirən bir şəxsiyyətdir. Belə bir ziyalıya qarşı məlum münasibətə təəssüf edirəm. Rüstəm İbrahimbəyovun Bakıya gəlməsinin qarşısının alınması Ziyalılar Forumunun da toplaşmağında, fəaliyyətində bir durğunluq yaradıb». 

Bununla belə, E.Quliyev qeyd etdi ki, Ziyalılar Forumunun üzvlərinin tamamilə fəaliyyətsiz olduqlarını söyləmək ədalətsizlik olardı. Ziyalılar Forumunun üzvlərinin tam əksəriyyəti ölkəmizdə baş verən hadisələrə mütəmadi olaraq öz münasibətlərini bildirirlər: «Ziyalılar Forumunun bir sıra üzvləri Milli Şurada fəaliyyət göstərirlər. Hətta Ziyalılar Forumunun Milli Şuradan kənarda qalmış üzvləri Rafiq Əliyev, Elçin Şıxlı, Arif Əliyev, Qulu Məhərrəmli və digərlərinin ictimai fəaliyyətləri davam edir. Ziyalılar Forumunun üzvlərinin mediada vaxtaşırı mövqelərinə diqqət yetirsəniz görəcəksiniz ki, onların mövqeyi yenə də orbitr mövqeyidir. Odur ki, Ziyalılar Forumunun toplaşmamasını böyük problemə çevirmək lazım deyil. Biz hələlik toplaşmasaq da bir-birimizlə, o cümlədən Rüstəm İbrahimbəyovla mütəmadi əlaqə saxlayırıq. 

İki gün öncə Ziyalılar Forumu ilə bağlı professor Cəmil Həsənli ilə müzakirəmiz oldu. Bu yaxınlarda professor Rafiq Əliyevlə söhbətimiz olub. 

Hakimiyyət hətta Rüstəm İbrahimbəyovsuz da Ziyalılar Forumunun yığışmasında maraqlı deyil. Əvvəllər Rüstəm İbrahimbəyovun evində toplaşırdıq. İndi orada toplaşmaq mümkün deyil. Artıq elə bir vəziyyət yaradılıb ki, toplaşmaq yeri problemə çevrilib». 

Xatırladaq ki, Azərbaycan Ziyalılar Forumunun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, xalq şairi Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazov, kinorejissor Eldəniz Quliyevdir. Qurum yaradılarkən əsas məqsədinin Azərbaycanda ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaq olduğunu bəyan edib. Rüstəm İbrahimbəyovun hakimiyyətə qarşı çıxışlarından sonra Ziyalılar Forumu daha çox siyasi qurum kimi cəmiyyət və hakimiyyət tərəfindən qəbul edilib. Hakimiyyətin bu quruma münasibəti sərt olub.