vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
RƏY, REPLİKA  
15:11 | 18 fevral 2019 | Bazar ertəsi Məqaləyə 2562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Prezident Administrasiyasından zəng vurdular...”

Rüstəm İbrahimbəyov Bakıya gəlişindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir”.

Bunu tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Turan”a müsahibəsində bildirib.

Rüstəm İbrahimbəyov deyib ki, o, hakimiyyətə öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir.

R.İbrahimbəyov deyib ki, Kinematoqrafçılar İttifaqının onun tərəfdarlarına və əleyhdarlarına bölünməsini istəmir.

“İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqla məşğul olmağa şərait yaratmaq lazımdır".

R.İbrahimbəyov bildirib ki, hakimiyyətin ona iradları ola bilər, ancaq başqlarının əziyyət çəkməsindən narahatdır.

“Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl”, - o əlavə edib.

Bakıda olduğu qısa müddətdə Rüstəm İbrahimbəyov həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib.

"Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evini bərpa etmək, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib". O, bu məsələlərin nəhayət həll olunacağına ümid etdiyini bildirib.

“Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir.

Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir...”, - R.İbrahimbəyov söhbəti yekunlaşdırıb.