vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DİASPOR  
16:43 | 21 iyun 2013 | Cümə Məqaləyə 2639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TDƏŞ başçıları Bakıda

Şuraya üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilir

AzerTAc

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, Forum Türkdilli Dövlətlər və Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı filmin təqdimatı ilə başlamışdır.

Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlarından, qeyri-hökumət təşkilatlarından, elm, mədəniyyət və digər yaradıcı qurumlardan nümayəndələr iştirak edirlər.
Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın həyata keçirilməsi məsələləri müzakirə ediləcəkdir.
Forum Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaqdır.