vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
00:47 | 26 iyun 2014 | Cümə axşamı Məqaləyə 2594 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Messinin ayaq səsləri

Argentina Nigeriyanı məğlub edib qrupdan lider olaraq çıxdı

Müşfiq HABİLOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Çempionatı-2014-ün F qrupundakı sonuncu oyununda Argentina Nigeriyanı 3-2 hesabı ilə məğlub etdi. Yəni Messi və Əhməd Musanın iki dəfə qol atdığı oyunda Argentinaya qalibiyyəti sağ cinah oyunçusu Marcos Roja hədiyyə etdi. Argentinanın lider bitirdiyi qrupda Fənərbaxça klubundan bizə tanış olan Emenikeli Nigeriya Argentina qarşısında məğlub olmasına baxmayaraq qrupu ikinci olaraq bitirdi və növbəti mərhələyə adını yazdırdı.


Oyuna gəlincə Argentina millisi ilk dəqiqələrdən oyunu ələ aldı və oyunun 3 dəqiqəsində Lionel Messi Argentina komandasının ilk qolunun vurdu. Nigeriya millisi bu qolla 1 dəqiqə sonra Əhməd Musa ilə cavab verdi. Sonrakı 40 dəqiqə sakit keçən birinci hissənin son saniyələrində Mesi növbəti dəfə sərbəst vuruş vurmaq ucun topun arxasına keçdi. Fantastik bir top vuran Messi mundialdakı 4-ü qolunu uzaq məsafədən rəqib komandanın qapısına vurdu. Zərbə o qədər qüvvətli oldu ki, Nigeriyalı qapıçı Enyima yerindən tərpənməyə macal tapmadı. İkinci hissənin afrikalılar istəkli başladı. 2-ci dəqiqədə Nigeriya millisinin oyunçusu Əhməd Musa oyunda gözəl qolla dubl etdi və oyuna tarazlığı gətirdi. Lakin azarkeşlərin sevinci 3 dəqiqə sürdü. Oyunun 50-ci dəqiqəsində Argentina millisinin oyunçusu Marcos Rojo küncdən zərbədən qalxan topu rəqib komandanın qapısına pərçimlədi. Hər iki hissənin əvvəlində qol vuran Argentinalılar Bununla da boş yerə çempionatın favoriti sayılmadıqlarını sübut etdilər. Oyunun qalan vaxtında hesab dəyişmədi və Argentina komandası Nigeriya milisi üzərində də qələbə qazanaraq maksimal xalla F qrupundan birinci komanda olaraq bir üst tura yüksəldi. Düzü bu oyun əslində qrupun liderini müəyyən edəcəkdi. Çünki Bosniya və Hersaqoviniya - İran qarşılaşmasının nəticəsindən asılı olmayaraq Nigeriya millisi də qrupu 4 xalla ikinci bitirərək argentinalarının arxasınca 1/8 finala yüksəldilər.