vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:13 | 17 fevral 2019 | Bazar Məqaləyə 2288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lyuk festivalı ...

… Yaxud Argentinada tərəkəmə rəqsi

Azər QƏRİBOV

Deməli, qızlar xəlvəti özlərinə gül buketi alıb, “İnstagram”da “Эта мне любимый подарил” yazan vaxtlardı, “Oralar” komandası fikirləşdik ki, gedək Argentinaya, işimizin adı nədir.

Nə isə, yüklədik iki ton alkoqolsuz baqajımızı təyyarəyə, çəkiliş texnikası filan və uçduq okeanın o tayına, Buenos-Ayres şəhərinə ki, həm özümüz görək, həm də sizə açıq verək, nə gizlədim.

Gəldik, mən yerləşdim otelimə, başımı qoyub gözümü yumdum, çox şeyə gözümüzü yuman kimi və elə təzəcə gecəmi yuxu ilə birgə keçirməyi planlaşdırıdım ki, birdən küçədən bir səs gəldi - daranq-durunq!

Sonra bir az vaxt keçdi, yenə daranq-durunq və ta səhərə qədər gecəmi elə bu daranq-durunqla keçirəsi oldum, bəxtəvər başıma.

Nə vaxt uzadım, səhər həmkarlarımla görüşdük, bəlamı danışdım onlara və uşaqlar dedi ki, Azər müəllim, qəti narahat olmayın, çəkilişdən qayıdan kimi, baxarıq nə məsələdir.

Belə, getdik bütün günü çəkilişlərdə olduq, axşam gəldik hadisə yerinə və gördük ki, bu daranq-durunqun səbəbi asfalta yaxşı oturmayan lyukdur.

Bəs nə edək, uşaqlar tez düşdülər əl-ayağa, biri oradan daş gətirdi, biri burdan lom, biri mıx tapıb sevindi və başladılar bu lyuku bərkitməyə ki, ağsaqqal gecələr yata bilmir.

Nə isə, 9 nəfərik, biri işləyir, 8 nəfər məsləhət veririk və nəhayət lyuku bərkitdik, gözləyirik avtobus keçsin ki, işin keyfiyyətinə baxaq.

Heç ili çıxmamışdı ki, gördük bir yekəpər avtobus gəlir və yağ kimi keçdi lyukun üstündən, heç uf da eləmədi, başladıq sevinməyə.

Ura, ura, ura, sevinirik özümüz üçün, bir də gördük məhəllə doludur, yerli camaat bizə azarkeşlik edirmiş, o gün futbol yox idi.

Xülasə, bunlar da qoşuldu bizə, əşşi indi bir vur-çatlasın var ki, gəl görəsən!

Argentinalılara da, zalım uşaqları, sən demə bir hay lazım imiş, biri evdən maqnitofon gətirdi, biri “samoqon” süzdü, o burda lombada, bu burda salsa, biz qabaqlarından yeməyib bir dənə Tərəkəmə, el şənliyi gedir və inanın səmimiyyətimə ki, Göyçayın Nar Festivalı bunun yanında heç nədir, bax o dərəcədə!

Bizi də fəxarət hissi boğur ki, bəs Argentina çökürdü, biz xilas etdik.

Nə başınızı ağrıdım, bu Lyuk Festivalında iştirak etdik, gördük ki, bir az da burda qalsaq, bütün şəhəri təmir etdirəcəklər bizə və tez dağılışdıq ki, sabah yenə çəkilişlərimiz var.

Uzun sözün qısası, gecəni rahat yatdım, səhər durdum, çıxdım oteldən, baxıram - nə? Təzə lyuk gətirib səliqəli qoyublar köhnənin yerinə, qırağını da asfalt filan, olub “zavodskoy”, ə bəs nə məsələdir?

Sən demə, gecə bu Beynəlmiləl Lyuk Bayramında iştirak edənlərdən biri yerli icra başçısı ilə yaxın dostdur, zəng edib buna gecəylə ki, vaxsey, biabır olduq, Azərbaycan artıq bizə də ağıl öyrədir, o da tez briqada göndərib ki, gedin tez həll edin lyuk məsələsini, amma sözüm onda yox.

Nəyi soruşacaqdım, o düz söhbətdir ki, Nobel prospektini yeni təmirə bağladılar?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)