vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
18:00 | 12 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gülə müxalifət partiyasının liderliyi təklif olundu

«AKP-nin beyinə, müvəffəqiyyətə-filan ehtiyacı yox!»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sabah» qəzetinin redaktoru Mehmet Barlas hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Abdullah Gül kimi bir adama ehtiyacı olmadığını söyləyərək əlavə edib: «Əgər aktiv fəaliyyət göstərmək istəyirsə, hörmətli Gül Cümhuriyyət Xalq Partiyasına, ya da Milliyyətçi Hərəkat Partiyasına getsin. Onların buna daha çox ehtiyacı var».

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mehmet Barlas NTV-də AKP-nin konqresini və prezidentlik seçkilərini qiymətləndirib. Proqram boyunca Abdullah Gülə olduqca maraqlı mesajlar göndərən Barlas Çankaya köşkü ilə partiya arasında dövr uyğunlaşmazlıqlarının yaşandığını iddia edib. Bu uyğunlaşmazlıqların Gülün AKP-li olmayan ətrafından qaynaqlandığını iddia edən Barlas avqustun 10-da keçirilən seçkilərdə prezident seçilən hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanın qərarını verdiyini söyləyib.

Abdullah Gülün partiyanın başına keçmək istəməsi halında Ərdoğanın buna «xeyr» deməsinin o qədər də mümkün olmadığını irəli sürən Barlas belə bir tələbin də reallaşmasının mümkün olmadığını söyləyib: «Gül əgər hökmən mən ümumi başçı olmaq istəyirəm desə Ərdoğanın buna «xeyr» deməsi çox çətindir. Abdullah Gül isə ağıllı və şüurlu bir insan olaraq bunu istəməz. Şərtlərin inkişafını gözləyər, ondan sonra qərar verər. Bu fantaziya təbii ki! Əgər Gül Türkiyə siyasətinə xidmət etmək istəyirsə AKP-yə gəlmək yerinə Cümhuriyyət Xalq Partiyasına ümumi başçı olsun. Çünki onların ehtiyacı var buna. AKP-nin beyinə, müvəffəqiyyətə-filan ehtiyacı yox! Həm beyinə, həm müvəffəqiyyətə CHP-nin ehtiyacı var. Bəlkə MHP-yə də köməkçi ola bilər. Abdullah Gülün AKP-yə dönməsi halında, partiyanın daha zənginləşəcəyi qəti mümkün deyil. AKP Tayyib Ərdoğan ilə onsuz da zatən zəngindir».