vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
13:34 | 8 yanvar 2015 | Cümə axşamı Məqaləyə 3742 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Anar müəllimin hədəsi»

... və ya köhnə yazıya əlavələr

Salam SARVAN

Bir də deyirik: Azərbaycan ədəbi-mədəni mühiti tənqidlə necə davranmağı hələ də bilmir.

Mən əksər ədəbiyyat adamlarının tənqiddən dəhşətli şəkildə qorxduğunu, adlarının adi bir kontekstdə hallanmasından sarsıldığını, müvazinətini itirdiyini bu sayta gələndən sonra gördüm.

Bunların gənci də qorxaqdır, orta yaşlısı da, ağsaqqalı da.

Şairi də qorxaqdır, yazıçısı da, tənqidçisi də...

Dözə bilmirlər. Əsəbiləşirlər, cırnayırlar, çırpınırlar, yanırlar, sönürlər, cin atına minirlər, tənqid müəllifinə qarşı düşmənə dönürlər. Bizi qərəzdə, kampaniya aparmaqda ittiham edəcək absurda enirlər.

Cavanların tənqiddən sarsılmasını, küsməsini anlamaq olar. Ki, insafınız olsun, hələ təzə başlamışam, aman verin, siftəmi eləyim, qolumu-qanadımı sındırmayın. Bəs ədəbi-mədəni mühitdə sözü sözlər görmüş yaşlı-başlı adamlar nədən özlərini tənqid qarşısında belə dəymədüşər aparmaqda? Hələ ki anlamadığımız da məhz budur: bir tənqidə görə bizdən üz döndərən yazıçıya, şairə, hətta tənqidçiyə hansı sahədən baxaq: məsələ psixolojidirmi, sosiolojidirmi? Necə edək ki, ədəbi-mədəni mühitdə tənqidin könül rahatlığıyla qəbul olunacağı bir ortam yaradaq?

Bunu edə biləcəyikmi? İki yol var: birinci odur ki, tənqidin təhlükəli bir şey olmadığı haqda bu dəymədüşərlərçün silsilə maarifçi yazılar yazaq. İkincisi odur ki, tənqidə qarşı aqressiv olanların tənqidini, doğrudan da, kampaniya şəklində həyata keçirək. Yəni bu adamları «döyə-döyə», nəhayət, alışdıraq tənqidə, nəhayət, onların canından tənqid qorxusunu məhz tənqidin dozasını artırmaqla çıxaraq...

Vəziyyət dəhşətli şəkildə ağırdır. O qədər ağır ki, hörmətli Anar müəllim «Rəsul Rzanın «PİS» şeirlərini dərc etdiyimizə görə kimlərəsə zəng edəcəyi ilə mənə hədə göndərir. Və düşünmür ki, məni qorxutmaq mümkün deyil. Düşünmür ki, mən ondan fərqli olaraq heç vaxt heç bir iş yerindən möhkəm yapışıb qalmamışam. İstənilən vaxt istənilən yerdən əlimi cibimə qoyub getməyə hazır adamam.

Bir az təmkinli olun, dostlar. Və bir az da özünüzü istedadınızın gücünə arxayın aparın. (kult.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)