vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0842 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3777 AZN
Türk lirəsi 1 TRY = 0.4493 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
18:21 | 29 yanvar 2016 | Cümə Məqaləyə 365 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankların yeni qadağası

Kredit kartları donduruldu

MÖVZU İLƏ ƏLAQƏLİ

İndi Azərbaycan banklarının kredit kartlarının istifadəçiləri alış-veriş üçün getdikləri mağaza və dükanlarda məyusluqla qarşılaşmalı olurlar.

Əksər kart sahibləri müştəriyə heç bir xəbər vermədən fəaliyyət müddəti bitməmiş kartların istifadəsini dondurublar. Bundan əlavə, banklar kartının fəaliyyət müddəti yeni bitmiş müştərilərin də müddəti uzatmaq barədə təkliflərini qəbul etmirlər və bunun müəyyən müddətə təxirə salındığını bildirirlər. 

Anspress-in əməkdaşının fərdi qaydada bu sahədə ölkənin aparıcı banklarına etdiyi müraciətə cavab verən operatorlar müddəti bitməmiş kartların dondurulması zamanı müəyyən «qaydalara» əməl edildiyini bildirirlər: 

«Əgər müştəri son 6 ay ərzində kartından istifadə etməyisə, fəaliyyəti avtomatik olaraq dondurulur. Həmçinin, ödənişlər zamanı gecikmələri olmuş müştərinin krediti tam ödənibsə, sonuncu dəfə nə zaman istifadə etməyinə baxmayaraq, kartın istifadəsi bank tərəfindən birtərəfli qaydada dayandırılır». 

Yalnız hazırda borcları olan kart istifadəçiləri istisnadır. Yəqin ki, borcları başa çatandan sonra onların kartlarının da istifadəsi dayandırılacaq. Bu «qaydalar», demək olar ki, bütün aparıcı banklara şamildir. 

Beləliklə, Azərbaycanın 1 milyona yaxın kredit kartı daşıyan bank müştərisi pərakəndə ticarət şəbəkəsində oxşar məyusluqla üzləşə bilərlər. Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin sonuna Azərbaycan vətəndaşlarında 1 milyon 89 minə yaxın kredit kartı olub. Ölkədə 2 milyon ailə təsərrüfatının olduğu nəzərə alınarsa, orta hesabla ailələrin yarısını bu kartlarla bağlı məyusluq gözləyir. 

Bununla da pərakəndə ticarətdə nağdsız hesablaşmaların payını artırmaqda əsas rol oynayan bu kartların Azərbaycanda son illərdə müşahidə edilən sürətli yüksəliş dövrü başa çatmaqdadır. Hələ 5 il öncə - 2010-cu ildə ölkədə cəmi 134 min kredit kartı vardı. Amma sonrakı ildə kartların sayı həndəsi silsilə ilə artdı və 2014-cü ildə zirvə göstəricsi - 1,3 milyon kart sayı qeyd olundu. 

İndi isə göründüyü kimi, kredit kartı sayı sürətlə üzü aşağı yuvarlanmağa doğru gedir. Bu məsələdə banklarla yanaşı ticarət şəbəkəsinin də rolu çoxdur. İri mebel, geyim və elektronika dükanları malları nağd pulla satmağa üstünlük verirlər. Çünki həmin pullar iş gününün axşamı dollara çevrilir və bu da manata təzyiq yaratmaqla ticarət dövriyyəsinə mənfi təsiri bir az da gücləndirir. 

Bank sahəsində fəaliyyət göstərən hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov məsələ ilə bağlı ANS PRESS-ə müsahibəsində əsas diqqəti müştəri hüquqlarının pozulmasına yönəldib:

«Kredit kartlarının bank tərəfindən müştəriyə xəbərdarlıq edilmədən birtərəfli qaydada bağlanması qanun pozuntusudur. İstənilən kart kredit xətti sayılır. Bank o xətti bağlamazdan əvvəl müştərinin maliyyə vəziyyətinin pisləşdiyini sübut etməlidir». 

Əkrəm Həsənov bankların bu addımı atmaqla müştərinin Mülki Məcəllənin 746-cı maddəsində təsbit edilmiş hüququnu pozduqlarını vurğulayır. Sözügedən maddədə deyilir:

«Borc vermək vəd edildikdə, vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun. Borc vermək vədi yazılı surətdə tərtib edilməlidir».

Yəni bu edilməyib və banklar kütləvi şəkildə kredit kartlarını bağlamağa qərar veriblər. Buna görə də Əkrəm Həsənov müştərilərin məhkəməyə müraciət edərək dəyən zərərə görə kompensasiya tələb edə biləcəklərini söyləyir:

«Məhkəmələrlə yanaşı, Mərkəzi Banka, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edib dəyən ziyanı və ödədiyi komisyon haqqını tələb edə bilərlər». 

Ekspertin fikrincə, bəzi aparıcı bankların bu addımı ölkənin bank sisteminə olan etirabarını da aşağı salır: «Kredit kartlarını bağlayanlar elə də yoldan ötən banklar deyil, beynəlxalq səviyyədə tanınmış, beynəlxalq reytinq dərəcəsi almış banklardır. Onların müştəri etibarını qazanmaq üçün bu illər ərzində apardığı bütün siyasət sıfıra gedəcək». 

Əslində, banklar imicləri üçün arzuolunmaz olan bu addımdan çəkinə bilərdilər. Eyni problemlə üzləşən bir sıra MDB ölkələrində kredit kartları ilə bağlı bu cür kəskin addım atmayıblar. Məsələn, 2015-ci ildə 40 faiz devalvasiya qeydə alınmış Belarusda yanvar ayında kredit kartlarından maksimum istifadə qeydə alınıb. Banklar mümkün devalvasiya ehtimalını nəzərə alaraq uzun müddətli istifadə edilən məişət əşyalarının kreditlə satışını dəstəkləyiblər. Bu kartlar üzrə kredit dərəcələri 47-50 faiz ətrafında dəyişsə də müştəri sayı azalmayıb. 

Azərbaycan da bütün ehtimalları nəzərə alaraq kredit kartları üzrə dərəcələri müəyyən qədər qaldıra bilərdi. Bir sıra yerli istehsal məhsullarının - mebel və elektron texnikasının, ev əşyalarının bu kartlar vasitəsi ilə satışı həm ticarət dövriyyəsinin, həm də yerli istehsalın canlanmasına səbəb ola bilərdi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *