vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 15 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
10:05 | 4 sentyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6 aydan sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək

Bunun bankların nə vaxt bağlanması ilə nə əlaqəsi var?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15 faizdən çox, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3 faizdən çox deyil.

Pis-yaxşı, amma ötən 2,5 il ərzində bağlanmış 6 bank üzrə Əmanətlərin Sığortalanması Fondu tam sığortalanmış əmanətləri kompensasiya edib. Fond bəzən bu vəzifəsindən yayınmağa cəhd edəndə isə məhkəmələrimiz onu məcbur edib. Məhz bunun müqabilində banklardan əmanətlərin çəkilməsi prosesi nisbətən səngiyib.

Lakin bu sistemin cəmi 6 aylıq ömrü qalıb. 4 mart 2019-cu il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək? Bu məsələ əmanətçiləri çox düşündürür.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsində deyilir ki, 3 illik “müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir”. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə isə Fond tərəfindən hər bir bankda sığortalanmış əmanət 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Misal. Tutaq ki, vətəndaş bu ilin 1 iyul tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 15 faizlə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2019-cu il tarixədək bağlansa (lisenziyası ləğv olunsa), əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2019-cu ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməlidir. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalıdır.

Sözügedən proses Cənab Prezidentin göstərişinə əsasən cari ildə bitsə, bu, bazar üçün müsbət siqnal olacaq. Yəni növbəti ildə bankların bağlanması ehtimalı azalacaq və əmanətlər tam sığortalı olmasa belə, onları geri götürmək istəyən az olacaq.

Bunun əksi baş versə, yəni problemli banklar sağlamlaşdırılmasa və ya bazardan çıxarılmasa, növbəti ilin ilk iki ayı əmanətçilərin ciddi təşvişinə səbəb ola bilər. Gözlənti yarana bilər ki, Palata dövlət başçısının göstərişini bir neçə ay gecikməklə icra edəcək. Bu isə “4 mart 2019-cu ildən sonra”, yəni əmanətlərin tam sığortalanmadığı dövrdə deməkdir (hətta ola bilər ki, əmanətləri qaytarmayan bankı belə 4 martdan sonra bağlasın). Təbii, əmanətçilər, son nəticədə isə banklar (əmanətlərin çıxarılması ilə üzləşə bilərlər) üçün bu, çox pis xəbər olacaq.

Buna görə də yaxın aylarda iki addımdan bir atılmalıdır. Ya bankların sağlamlaşdırılması prosesi Cənab Prezidentin göstərişinə əsasən ilin sonunadək bitirilməli, ya da əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır. Bu, ilk növbədə bank sisteminin özünə lazımdır...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)