
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
Avropa bankı ABB-nin səhmdarı ola bilər
Elnur Məcidli: «Sonra heç nə olmamış kimi həyat davam edir»
Xarici kreditorların razılığı Beynəlxalq Bankının imcinə təsir etdi
ABB vasitəsilə milyardlarla dolların mənimsənilməsinin qarşısını ala bilməməsi bir yana...
Ötən ilin dekabr ayından başlayaraq bu mövzu barədə dəfələrlə yazmışam. İşin qısa mahiyyəti belədir. Ötən ilin sonunda Azərbaycan Beynəlxalq Bankı müddətli dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirmişdi. Bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, o cümlədən devalvasiya və maliyyə vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışırdı. Gözdən pərdə asmaq üçün Bank hətta Prezidentin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına da istinad edirdi. Guya Prezidentin göstərişini yerinə yetirir. Halbuki, əslində sadəcə dövlət başçısının adından sui-istifadə edirdi və Fərmanda belə bir şey yoxdur.
Mən elə o zaman Bankın bu hərəkətini qanunsuz (cığallıq) hesab etdim və əmanətçilərə məhkəməyə müraciət etməyi tövsiyə etdim. Çünki Bankın heç bir halda məhkəmədənkənar qaydada müqavilə şərtini dəyişməyə hüququ yoxdur. O da ola fiziki şəxslə bağlanmış əmanət müqaviləsi üzrə faiz dərəcəsini: Mülki Məcəllənin 948.3-cü maddəsi bunu birbaşa qadağan edir. Maliyyə vəziyyətinin pisləşməsi haqda arqument də tam cəfəngiyatdır: dövlətin yardımı nəticəsində Bank ötən ili 806 milyon manat məbləğində xalis mənfəətlə başa vurub.Minlərlə əmanətçidən (xarici vətəndaşlar daxil olmaqla) yalnız 3 (???) nəfər məsləhətimlə məhkəməyə iddia ilə müraciət etdi. Bunun özü də bir göstəricidir: bank və məhkəmə sistemlərinə etimad etməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn etdi və sadəcə pullarını geri çəkdi (nəticədə bank sistemi itirdi!). Bu ilin mart ayında Nəsimi rayon məhkəməsi bu şübhələri təsdiq etdi: iddialarımız rədd edildi. Həmin məhkəmədə proseslərin özü belə, etirazımıza baxmayaraq, qapalı keçirildi (guya hansısa sirr açılmalı idi, amma açılmadı!). İclasın qapalı olmasından sui-istifadə edən Bankın nümayəndəsi işin mahiyyətindən deyil, daha çox mənim fəaliyyətimdən danışırdı: məni az qala bank sisteminin düşməni kimi göstərməyə çalışırdı. Mən isə cavabımda o cümlədən deyirdim ki, əksinə, məhz Bankın əməli bank sisteminə etimadı sarsıdır, mən isə onu bərpa etməyə çalışıram.
Hər üç qətnamədən apelyasiya şikayəti verdik. 29 iyun tarixdə Bakı Apellyasiya Məhkəməsi hakim Məmməd Məmmədovun sədrliyi ilə ilk apelyasiya şikayətimizi təmin edərək Beynəlxalq Bankın əməlini qanunsuz hesab etdi. Bununla da ədalət bərpa olundu: bank fiziki şəxslə bağladığı əmanət müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada endirə bilməz!
Bank sisteminə etimadın bərpası üçün əhəmiyyətli olan bu qərar həmçinin onu göstərdi ki, hər kəs həmişə haqqını tələb etməlidir. Haqqını tapdalayanın kimliyindən asılı olmayaraq. Ay nə bilim, bankları məhkəmədə udmaq olmur, Beynəlxalq Bank dövlət bankıdır, ona baş qoşmağa dəyməz və s. və i.a. Biz bir daha sübut etdik ki, bu, belə deyil! Qanun, uğrunda mübarizə aparan varsa, bu Hüquqdur!