
Ramazan İnsanlığın bayramıdır
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Milyonlarla müsəlman iki məsciddə Qurani-Kərimin oxunmasını dinləyib
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
İfrat sağçı zorakılığın artması Britaniyada müsəlmanları narahat edir
2024-cü ilin birinci yarısında ötənilki statistika ilə müqayisədə 70 faiz fərq var
“Başına dolanım”, “qadan alım”, “qurban olum” sözlərinin kökü haradan gəlir?
Farslar bu təriqəti necə özəlləşdirdi?
Şəriət, təriqət, həqiqət üçlüyünün qısa və lakonik izahı
Danimarkalı filosofun Qurban haqda düşüncələri
Qurbanlığın necə paylanması göstərişində hansı yanlışlıq var?
Prezident Ramazan bayramı münasibətilə xalqımızı və dünyadakı soydaşlarımızı təbrik edib
Fransa prezidenti məscidləri maliyyələşdirmək, imamlara isə maaş vermək istəyir
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
Şərqin inkişafı bitən yerdə Qərbin inkişafı başlayıb
Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»
«Uşaqların dini mərasimlərə cəlb edilməsi yolverilməzdir»
Müasir dövrün ən populyar ideologiyası liberalizmdir. Liberalizm insan haqları və fərdi azadlıqlarını ali dəyər hesab edir. Nəyin «ümumbəşəri» «haqq» və «azadlıq» olduğunu isə liberallar özləri müəyyən edir. Məsələn, ümumən deyirlər ki, insan azaddır, o cümlədən məhəbbətdə, ailə məsələlərində və s. (başqasına zərər vurmursa, istədiyini edə bilər). Amma eyni cinsli insanların nikah qurmasını hüquq kimi qəbul edirlər, poliqamiyanı, o cümlədən çoxarvadlığı isə yox.
Eyni cinslilərin nikahının tanınması barədə ABŞ Ali Məhkəməsinin qərarına hakimlərindən biri hətta belə etiraz etmişdi ki, onda gərək poliqamiyanı da hüquq kimi tanıyaq. Amma liberallar bu hüququ tanımır. Yəni liberalizm insan haqq və azadlıqlarını mütləq dəyər kimi bəyan etsə də, özünün də bir sıra məhdudiyyətləri var, bir sözlə, liberalizmin özü də bir «din», məhdudiyyətlərdən ibarət olan ideologiyadır. Bu ideologiyaya yad «hüquq» və «azadlıqları» liberalizm geridə qalmış baxışlar hesab edir və tanımır. Məsələn, lüt gəzmək müasirlikdir, geyinmək isə geridə qalmışlıq əlamətidir və s. Bəs bu ideologiyanın mənbəyi nədir?
Mənbəyi çox qədimdir! Çox, çox, çox qədim! Elə bəşər tarixinin ilk dövründən, hətta insandan əvvəl də mövcud olub. Quranda Adəm və Həvvanın əhvalatı dəfələrlə nəql olunur. O cümlədən «Taha» adlı 20-ci surənin 115-123-cü ayələrində. Burada ixtisarla xatırladıram: «...Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu ... Biz dedik: «Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan... Şeytan ona vəsvəsə edib dedi: «Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?» İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu. Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi. Allah buyurdu: «Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar».
Beləliklə, Quranın 2-ci surəsinin 35-ci ayəsində deyildiyi kimi: «Biz dedik: «Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız», Allah Adəmlə Həvvaya yalnız bir qadağa (ağaca yaxınlaşmamaq) qoymuş və düşmənlərinin İblis olduğunu demişdi. Lakin «insan» sözünün mənası «unutqan» deməkdir. Adəm də tez unutdu. Ağacın yasaq olduğunu da, İblisin düşmən olduğunu da. Sadəcə İblis ona faktiki dedi ki, nə durmusan, sən azadsan, çəkinmə, ürəkli ol, istədiyini et, ağacdan yemək istəyirsən, götür, daha da güclü, zəngin olacaqsan və s. və i.a. Adəm də bunu etdi. Necə ki, bizi istədiyimiz hər şeyi etməyə sövq edir (halbuki, bizə olan qadağa Adəmə olandan çoxdur) və bu zaman ilham verirlər ki, «sən azad insansan, istədiyini et, etdikcə daha möhtəşəm olursan, geridə qalmışlardan olma, başa düşmədiyin yasaqlara tabe olma» və s. və i.a. Bunu bizə deyənlər isə kimdir? Bəli, liberallar. Halbuki Allah Adəmi də xəbərdar etmişdi ki, «Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar». Yəni Allah peyğəmbərlər və şəriətlər göndərdi ki, insanlar Onun qanunlarını rəhbər tutsun. Yaradanın qanunlarını rəhbər tutmayana isə elə gəlir ki, o, «azaddır» və istədiyini edir. Daha başa düşmür ki, yenə də azad deyil, sadəcə Allaha qul olmaq əvəzinə, Şeytana qul olmağı seçib və o cümlədən Adəm və Həvva kimi «ayıb yerləri»ni açıq qoyub.
Allah bizi Onun qanunlarına tabe olanlardan etsin!